Read More9
Read More9

Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Daşınmaz əmlakDaşınmaz əmlakın vergi uçotu zamanı nələrə diqqət yetirilməlidir… (Daşınmaz əmlak)

Mövzunu “Value and Sources konsaltinq” şirkətinin rəhbəri Rəşad Əliyev şərh edir.

Daşınmaz əmlak obyektlərinin uçotu prosesi xüsusi diqqət cəlb edən məsələdir. Bir çoxları burada çətin bir işin olmadığını zənn edirlər. Əlbəttə, prosesə peşəkarlıq və xüsusi diqqətlə yanaşılanda burda elə bir çətin iş yoxdur. Ancaq qiymətləndirmə şirkəti kimi müxtəlif müəssisələrdə xidmət göstərən zaman bir çox problemlərlə rastlaşırıq ki, bunun da kökündə diqqətsizlik dayanır. Bir sıra hallarda uçotun səhv aparılması vergi öhdəliklərinin düzgün hesablanmamasına və son nəticədə vergi qanunvericiliyinin pozulmasına səbəb ola bilir. Bəzən vergi ödəyicilərinin özlərinin bundan xəbəri olmur.

Daşınmaz əmlakın uçotunda fikir verilməli ən vacib məsələ odur ki, vergi ödəyicisi tikilinin və altındakı torpaq sahəsinin ayrılıqda uçota alınmasını təmin etməlidir.

Mülkiyyətdə olan torpağın istifadə müddəti olmur, yəni o, köhnəlmir və buna görə də ona amortizasiya hesablanmır. Tikilinin isə istifadə müddəti məhdud olduğu üçün ona amortizasiya hesablanır və dövri olaraq təmir edilir. Məhz bu səbəbdən də onların uçotu həmişə ayrılıqda aparılmalıdır.

Məsələn, elə hallar olur ki, şirkət kənardan tikili və üzərində mülkiyyətdə olan torpaq sahəsi alır. Sözsüz ki, bu halda torpaq və üzərində olan tikili vahid qiymətə alınır. Bəzi mühasiblər bunu tikili kimi qeyd edir ki, bu da ciddi səhvdir. Çünki əmlakın dəyəri torpaq və tikilidən ibarətdir və bəzi hallarda torpaq tikilidən baha olur. Bu cür səhv addım sonda nə ilə nəticələnir? Sözsüz ki bu, amortizasiya ayırmalarının süni şişirdilməsi, təmir xərclərinin gəlirdən çıxılan xərclərə aid edilən hissəsinin əsassız artırılmasına xidmət edir. Vergi yoxlaması zamanı vergi müfəttişi bu cür halı müşahidə etsə, bunu vergi bazasının azaldılması kimi qiymətləndirə bilər.

Misal: 
Tutaq ki, hər hansı şirkət Yazamal rayonunda xüsusi mülkiyyətdə olan 5 sot torpaq sahəsi üzərində tikilmiş 200 m2 sahəsi olan 2 mərtəbəli binanı 500 min manata əldə edir. Mühasib bu alışı balansda yalnız tikili kimi əks etdirir. Bu halda o, həmin məbləğə illik amortizasiya hesablayır və təmir xərclərini bu məbləğə uyğun olaraq xərclərə aid edir. Ona görə də yoxlama keçirən vergi müfəttişi araşdırma zamanı müəyyənləşdirə bilər ki, həmin ərazidə analoji torpaq sahəsinin qiyməti 200 min manatdır və tikilinin dəyəri təxminən 300 min manat ətrafinda olmalı idi. Belə olduqda müəyyən edilir ki, vergi ödəyicisi torpaq sahəsini ayrı göstərməməklə xərclərin şişirdilməsi faktlarına yol verib.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daşınmaz əmlak, vergi uçotu, vergi uçotu

POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti

posted in: Vergi, Xəbər | 0

POS-terminal, vergi güzəşti,Vergi Məcəlləsinin 218-1.2-ci maddəsinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. (vergi güzəşti)

Vergilər Nazirliyinin şərhinə əsasən, bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmiş, eyni zamanda sadələşdirilmiş vergi üzrə Vergi Məcəlləsinə 218-1-ci azadolmalar və güzəştlər maddəsi əlavə olunmuşdur. Yuxarıda qeyd olunan azadolma Vergi Məcəlləsinin 218-1.2-ci maddəsində əks olunub.

Güzəştdən istifadə etmək üçün sahibkarlar hesablamanı aşağıdakı misalda qeyd olunan formada aparmalıdır.

Misal: Ümumi dövriyyə = 1.000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000×2%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.

Güzəştin hesablanması qaydası:

600 / 1000 =0,6 (xüsusi çəki)
0,6×25%=0,15 x 20=3 manat.
20-3 = 17 manat.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminal, vergi güzəşti

Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb

posted in: Maliyyə, Xəbər | 0

maliyyəçi menecer, vakansiya, Maliyyə menecerinin müavini,Mühasib, maliyyə hesabatı,Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı illik 38% artaraq cari il yanvarın 1-nə 2517 nəfərə çatıb. (fərdi sahibkarlar)

Bu da ölkə üzrə cəmi sahibkarların 0,3%-i deməkdir. Maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 77%-ni kişilər təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini keçib. Rəsmi statistikaya əsasən hesabat dövründə hər doqquz fərdi sahibkardan yeddisi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fərdi sahibkarlar, maliyyə fəaliyyəti

Azərbaycan 14 yerli, 1 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan 14 yerli, 1 xarici şirkət ləğv edildi

emek muqavilesi, xarici şirkət, əmək müqaviləsi,“AZƏRREYL” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

VÖEN: 9900049231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 230, mənzil 0 ünvanına bildirə bilərlər.


“İNFO PLUS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1402883361

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Məmmədyarov küçəsi, ev 50 ünvanına bildirə bilərlər.


“REAL SOFT SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302410141

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Binəqədi rayonu, H.Seyidzadə küçəsi, ev 38, mənzil 99 ünvanına bildirə bilərlər.


ZEN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2001184601

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 14, mənzil 499 ünvanına bildirə bilərlər.


“DENESTER” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504757501

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nərimanov rayonu, Abbas Səhhət küçəsi, ev 21, mənzil 5 ünvanına bildirə bilərlər.


“KALIMAN-NN” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504763611

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nərimanov rayonu, Abbas Səhət küçəsi, ev 21 , mənzil 5 ünvanına bildirə bilərlər.


“LYAOXE” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504757631

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nərimanov rayonu, Abbas Səhət küçəsi, ev 21 , mənzil 5 ünvanına bildirə bilərlər.


“MAQANO” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504757481

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nərimanov rayonu, Abbas Səhət küçəsi, ev 21 , mənzil 5 ünvanına bildirə bilərlər.


“PEKOS-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504757221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nərimanov rayonu, Abbas Səhət küçəsi, ev 21 , mənzil 5 ünvanına bildirə bilərlər.


BUXAR KOLLEKTİV MÜƏSSİSƏSİ

VÖEN: 1600362021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1096 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45 ünvanına bildirə bilərlər.


SƏMA-H MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1900096911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1133 Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi, “V” (Yeni Günəşli qəsəbəsi), ev 21, mənzil 28 ünvanına bildirə bilərlər.


“CASPİAN SHİPYARD CORPORATİON B.V.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 2005143061

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.


“SLİMS” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 3101101581

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ0100 Abşeron rayonu, Məmmədli kəndi, ev 31, mənzil 21 ünvanına bildirə bilərlər.


“AFRODİTA 14” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2902960011

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri 9 MKR, ev 52, mənzil 104 ünvanına bildirə bilərlər.


“KAKTUS-L” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2001300521

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1129 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 39, mənzil 5 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xarici şirkət,xarici şirkət
error: Content is protected !!