Read More9
Read More9

Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?

posted in: Vergi, Xəbər | 0

Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan, 1 yanvar 2020-ci il tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış, habelə sadələşdirilmiş verginin ödəyicisi olmayan, 1 yanvar 2020-ci il tarixədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, həmçinin bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim etməlidir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Bina tikintisi

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

posted in: Müqavilələr, Xəbər | 0

Sığorta müqaviləsi, Əmək müqaviləsi sığorta vergiSığorta – sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. (xitam, Sığorta müqaviləsi)

Müqavilənin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir. Sığorta müqaviləsinin bağlanması faktı isə sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilənhər hansı məbləğlər gəlir vergisinə cəlb olunmur. Amma müqaviləyə 3 ildən tez xitam verilərsə, bu zaman ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Misal: Tutaq ki, “A” MMC işçinin əmək əməkhaqqndan həyatın yığım sığortası üçün sığortaçıya ödənişlər edir. Müqaviləyə 3 ildən tez müddətə xitam verilir. Sığorta olunan üçün 10.000 manat ödəniş edildiyi halda sığorta ödənişi 11.200 manat təşkil edib. Bu zaman 1.200 manatlıq (11.200 manat – 10.000 manat) faiz gəlirindən ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə 120 manat (1.200 mant * 10 faiz ) ödənilir. Həmin faiz gəlirindən məcburi dövlət sosial ayırması hesablanmır. Çünki “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarında göstərilir ki, faiz gəlirləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növüdür.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sığorta müqaviləsi, xitam

Ötən il Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarının həcmi artıb

posted in: Xəbər | 0

mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrük2019-cu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402.284,4 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu da ötən ilin noyabr ayına nisbətən 11,4 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin noyabr ayı ilə müqayisədə 23,6 faiz artaraq 110.653,7 min manat olub. Dekabrda ƏDV üzrə daxilolmalar aylıq ifadədə 6,3 faiz artaraq 268.995,5 min manat, aksizlər üzrə 38,8 faiz artaraq 18.780,0 min manat, yol vergisi üzrə daxilolmalar isə 22,3 faiz azalaraq 3.855,2 min manat təşkil edib. (büdcə)

Komitə ötən ilin yanvar-dekabr ayları ərzində büdcəyə daxil olan vergi və rüsumlar haqda da məlumat verib. Hesabatda qeyd olunur ki, DGK xətti ilə 2019-cu il ərzində dövlət büdcəsinə 4.408.625,64 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur.

Hesabat ilində ƏDV üzrə daxilolmalar illik ifadədə 28,3 faiz artaraq 3.004.082,95 min manat, aksizlər üzrə 46,9 faiz artaraq 249.633,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,1 faiz artaraq 45.431,64 min manat təşkil edib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK, büdcə

Vergi təqvimi – 15 yanvar 2020-ci il

posted in: Vergi, Xəbər | 0

Vergi təqvimi – 15 yanvar 2020-ci il

Gəlir və Mənfəət vergisi: Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.

Birinci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.

İkinci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir. Hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir.

Mənbə: vergiler.az


Bax: ƏDV ödəyiciləri üçün debitor və kreditorlar barədə hesabat forması təsdiqlənib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi təqvimi
error: Content is protected !!