Nağdsız ödənişdən yayınanlar cərimə ediləcək

posted in: Xəbər | 0

cərimə, nağdsız ödənişVergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, (nağdsız ödəniş, cərimə)

alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3,000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qanunvericiliyin tələblərini şərh edən maliyyə eksperti Vüqar Mirheydərov diqqəti Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən 2020-ci ildən həmin maliyyə sanksiyalarının POS-terminalların quraşdırılmaması hallarına da şamil ediləcəyinə yönəldib: “Dəyişikliklərdən bəhs edərkən 58.7-ci maddənin yeni redaksiyada verilməsini xatırlatmaq lazımdır. Dəyişikliyə əsasən, həmin maddədə müəyyən olunmuş siyahiya POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi də əlavə olunub.

Bəlkə də bu qərar kimlər üçünsə çox radikal görünə bilər. Ancaq mən vergi ödəyicilərini nağdsız ödənişlərə keçməyə inandırmaq üçün bunu daha rasional üsul hesab edirəm”.

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nağdsız ödənişlərdən imtina edən vergi ödəyicilərinin ciddi şəkildə cərimələnəcəklər. Bundan qaçmaq üçün pərakəndə ticarət və ictimai iaşə obyektlərində POS-terminalların sayı artacaq: “Xatırlayırsınızsa, 2012-ci ildə, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində, demək olar ki, bütün ticarət və xidmət obyektlərində POS-terminallar quraşdırılmışdı. Lakin sonradan bu cihazın bir çoxu istifadə olunmadı. Həmin apartalarla ödənişlər qəbul edildikdə dövriyyəni gizlətmək olmurdu. Bu isə intizamsız vergi ödəyiciləri üçün “sərfəli” deyildi. Ona görə də POS-terminalların tətbqi üçün cərimələrin tətbiqinə üstünlük verilib”.

V.Mirheydərovun sözlərinə görə, vergi orqanlarının bütün səylərinə baxmayaraq yerli vergi ödəyicilərinin bir qisminin vergi mədəniyyəti hələ də istənilən səviyyədə deyil. Ona görə də nağsdız ödənişlərə keçmək üçün cərimələrin tətbiqi qaçılmazdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
cərimə, nağdsız ödəniş

Əmlakımızı necə sığorta etdirək?

posted in: Xəbər | 0

Son dövrlərdə baş verən yanğın və torpaq sürüşmələri zərərə uğrayan şəxslərin sığortasının olmadığı üçün zərəri şəxsən daşımaları ilə nəticələndi. Bununla yanaşı sığortası olmayan müəssisələr sığortaya maraq göstərməyə başladı. Bəzi “ekspert”lərdən fərqli olaraq “sığorta olmadıqda cərimələnəcəksiniz, 20 gündən bir 50 manat cərimə gələcək” kimi ifadələrin üzərində durmayaraq sığortalanma barədə əsas məsələləri qeyd edəcəyik. (əmlak)

Bir müəssisənin əmlakını və ya yaşayış evini sığortalayarkən aşağıda qeyd edilənlərə diqqət etmək lazımdır:

1) Daşınmaz əmlakın icbari sığortası yaşayış evləri ilə bağlı maksimum Bakı şəhəri üzrə 25 min manat məbləğində dəyən zərərə görə təminat verir. Bu məbləğ Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki yaşayış evləri üçün 20 min manatdır. Göründüyü kimi hazırda evlərin bazar qiymətlərini nəzərə alaraq heç də yaşayış evləri üçün maksimum təminatın verildiyini demək mümkün deyil. Həmçinin qeyd edək ki, yaşayış evi və ya qeyri-yaşayış sahəsi üzrə daşınmaz əmlakın icbari sığortası növündə verilən təminat yalnız qapı və pəncərə konstruksiyalarına, daxili və xarici mala, suvaq işlərinə, su, qaz, işıq və kanalizasiya təchizatı, istilik sisteminə, elektrik naqillərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə aiddir. Digər hissələrə və evdəki daşınar əşyalara, mebel dəsti və digər əşyalara dəyən zərər icbari sığorta təminatına daxil deyil. Bu səbəbdən də digər əşyalarla bağlı hissədə könüllü qaydada sığorta müqaviləsi bağlamaq məqsədəuyğundur.

2) Daşınmaz əmlakın icbari sığortası növü üzrə heç də bütün zərərlərə təminat verilməyib. Misal üçün təbii fəlakətlər qismində yer sürüşməsindən və fırtınadan dəyən zərərə təminat verilsə də, torpaq çökməsi və güclü küləkdən dəyən zərərlərə təminat verilməmişdir. Buna görə də daha geniş zərərlərdən təminat almaq üçün könüllü qaydada sığorta müqaviləsi bağlamaq məqsədəuyğundur.

3) Daşınmaz əmlakın icbari sığortası üzrə tikili və binalar bərpa dəyərində (köhnəlmə və texniki vəziyyət nəzərə alınmaqla, əmlakın yaxınlığındakı digər tikili və binaların inşası üçün tələb olunan məbləğdə), qeyri-yaşayış sahələri isə orta bazar dəyərində (əmlakın yaxınlığındakı digər qeyri-yaşayış sahələrinin orta bazar dəyəri məbləğində) sığortalanır. Həmin dəyər sığorta müqaviləsində sığorta məbləği olaraq qeyd edilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta dəyəri natamam və ya qismən ola bilməz. Bu səbəbdən də sığorta müqaviləsində məbləği əvvəlcədən dəqiq qeyd etmək lazımdır ki, sonradan hadisə zamanı hər hansı müzakirə üçün əsas yaranmasın.

4) Sığorta müqaviləsi bağlayarkən sığorta şirkəti tərəfindən yaddaş vərəqinin, eyni zamanda könüllü qaydada sığortalanma ilə əlaqədar sığorta münasibətlərini tənzimləyəcək sığorta qaydalarının verilməsi tələb edilməlidir. Xatırladaq ki, yaddaş vərəqində sığorta təminatları, hadisə baş verərkən edilməli olacaq işlər barədə qeyd edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak, sığorta

“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

2020-ci il üçün ehtiyac meyarı“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 77-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“77. şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd (özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd);”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
icazələr, lisenziyalar

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018,

№ 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1673-VQD, 1677-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 82.2-1 – 82.2-7-ci maddələr əlavə edilsin:

“82.2-1. Bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Həmin şəxslərin vəsatəti rədd edildikdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-2. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər qarşılıqlı razılaşma əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini hakimdən, səlahiyyətli orqandan (vəzifəli şəxsdən) xahiş edə bilərlər.

82.2-3. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertiza keçirilən zaman baxılmalı olan sualları hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim etmək hüququ vardır.

82.2-4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müəyyən edir. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin təqdim etdiyi sualların rədd edilməsini hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) əsaslandırmağa borcludur.

82.2-5. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

82.2-6. Ekspertiza bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının hüquqlarına riayət olunmaqla keçirilir. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək hüququ vardır.

82.2-7. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq, həmçinin tədqiqat aparmaq üçün materialları məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) gətirmək mümkün deyilsə, yaxud çətinlik törədirsə, məhkəmədə, səlahiyyətli orqanda, yaxud kənar yerdə keçirilə bilər. Bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin kənar yerdə keçirilən ekspertizada iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman bu Məcəllənin 82.2-1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.”;

1.2. 82.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.”;

1.3. aşağıdakı məzmunda 82.6 – 82.8 və 82-1-ci maddələr əlavə edilsin:

“82.6. Ekspertizanın aparılmasını bu Məcəllənin 82.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimlə, səlahiyyətli orqanla (vəzifəli şəxslə) yazılı formada razılaşdırılır.

82.7. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə ekspertiza təyin edilməsi haqqında qərardadın məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

82.8. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılır və əlavə tədqiqat materiallarının əldə edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə bu Məcəllənin 82.5-ci maddəsində nəzərdə tutulan müddət uzadılır.

Maddə 82-1. Şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması

82-1.1. İnzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər.

82-1.2. Barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin sifarişi ilə ekspertiza həmin şəxslə özəl məhkəmə eksperti və ya məhkəmə ekspertizası idarəsinin rəhbəri arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

82-1.3. Ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.”.

Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnzibati Xətalar