Əgər alınan malın ancaq kassa çeki varsa bu hal üçün cərimə nəzərdə tutulub?
Sual: Müəssisə öz ehtiyacları üçün pərakəndə satış məntəqəsindən nağd qaydada hər hansı mal aldıqda onun gəlirdən çıxılan xərclərə aid edilməsi üçün nəzarət kassa aparatının qəbzi kifayət edirmi? Əgər kassa çekindən başqa hər hansı sənəd (elektron qaimə faktura və s.) yoxdursa, bu zaman hər hansı cərimə nəzərdə tutulurmu? (kassa çeki)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Sorğunuzda qeyd olunan xərclər, gəlirin əldə edilməsi ilə bağlı olduqda və qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirildikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.
Vergi Məcəlləsinin 58.8.2-ci nə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.
Mənbə: taxes.gov.az

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Maliyyə Bazarlarına Nəzarət Palatası xaricə ödənilən vəsaitlərin müqabilində alınan malların gecikməsini aşkarladıqda, qanunvericiliyə əsasən, onlara qarşı cərimələr tətbiq edir. Bu səbəbdən, iş adamlarında həmin cərimə məbləğlərinin hesablanması ilə bağlı belə bir sual yaranır: müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən aldığı malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikməyə, yanıcıya və gözləməyə görə) yaranan cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid edə bilərmi, yoxsa həmin xərclər ayrıca inzibati xərc kimi tanınmalıdır?
Azərbaycana idxal edilən jüt liflərindən və ya başlıqdakı digər toxuculuq liflərindən ip (tək iplik) 2 il müddətinə gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.