Read More9
Read More9

ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməli??

posted in: Vergi, Xəbər | 0

ƏDV öhdəliyi, EDV, fiziki şəxsSual: ƏDV qeydiyyatında olan fiziki şəxs 5 ildən çoxdur ki, heç bir fəaliyyəti yoxdur. ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməliyəm? (EDV)

Cavab: Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) Əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq əlavə dəyər vergisi qeydiyyatı ləğv edilir.

Mənbə: taxes.gov.az



Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
EDV, ƏDV qeydiyyatının ləğv edilməsi

İcbari tibbi sığorta fonduna ödənilən təqvim haqları ləğv edilir

posted in: Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi Maliyye, agentlik,Gələn ildən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50%-nin İcbari tibbi sığorta fonduna ödənilməsi dayandırılacaq.  (təqvim haqları)

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dövlət başçısının imzaladığı digər qanuna əsasən, sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5%-nin icbari tibbi sığorta fonduna ödənilməsi dayandırılır.


Tam mətn aşağıdakı kimidir:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 48) ləğv edilsin.

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 49) ləğv edilsin.

Maddə 3. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.



Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

                        Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (2-ci hissə) mühasibatlıq

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

iqtisadiyyat

Hesabdarlıq təhlükəli kənar yayınmaları göstərməklə,  kompas kimi iqtisadi fəaliyyətin düzgün istiqamətini verir.

Y.M. Krılov

Mühasibatlıq yardımından məhrum edilən sənaye işi sükansız gəmiyə bənzər, yalnız hava imkan verdikdə yoluna davam edə bilər.

V.D. Belov

Ticarəti məşhur mənada dənizdə səyahətlə müqayisə etmək olar. Səyahətin hədəfə çatması üçün isə dörd şərt lazımdır:

  1. Yaxşı hazırlanmış gəmi – kapital
  2. Təcrübəli kapitan – müəssisə rəhbəri
  3. Yaxşı kompas – hesabdarlıq
  4. Yaxşı gəmi heyəti – əməkdaşlar
Badu

Hesabdarlıq – tacirin termometridir; o istənilən an üçün onun kapitalı və işlərinin vəziyyətini göstərir.

Qoldşmidt

Böyük təsərrüfatlarda qeydiyyat və rəqəmlər sahibkarın gözləri və qulaqlarını əvəz edir.

Şmalenbax

 Düzgün aparılan kitab – müəssisə rəhbərlərinin nə qədər təcrübəli olmalarından asılı olmayaraq, baxmalı olduqları gözləridir.

A.Balyaqin

Düzgün hesabdarlıq olmadan, sahibkar kor  vəziyyətində olur.

A.E. Vinkler

Hesabdarlıq müəssisədə sahibkar üçün təkcə gözlər və qulaqların rolunu deyil, həm də yaddaş olunu oynayır.

A.Z. Popov

Hesabdarlıq sahəsinə ən çox müzakirə tələb edən və ən çox diqqət yetirilməli olan bütün bu faktların yığıldığı və sistemdə yerləşdirildiyi sahibkarın yaddaşının bir hissəsi kimi baxmaq olar.

J.G. Kursl-Senel

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Gələn il pensiyalar nə qədər artırılacaq?

posted in: Xəbər | 0

ehtiyac meyarı, yaşayış minimumu, emek haqqi əmək haqqı əməkhaqqının artımı əmək haqqı emek haqqiBu il qanuna edilən dəyişikliyə əsasən, pensiya məbləği hər il əvvəlki ilin orta aylıq əmək haqqının artım faizinə uyğun indeksasiya olunacaq. (pensiyalar)

Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminati şöbəsinin müdiri Eyvaz İsmayılovun sözlərinə görə, 2019-cu ildə orta aylıq əmək haqqında təxminən 14-15 faizlik artım qeydə alınıb. Bu isə o deməkdir ki, pensiya məbləğləri də elə o qədər artırılacaq: “Əvvəlki dövrlərdə pensiyaların yalnız baza hissə indeksasiya olunurdu. Artıq pensiyaların baza hissəsi ləğv olunduğuna görə bu il pensiya məbləği tam indeksasiya olunacaq. Yanvar ayından etibarən pensiya məbləğlərində artımları müşahidə edəcəyik və pensiyaçılar gələn aydan artırılmış pensiya məbləği ala biləcəklər. Məsələn, 200 manat pensiya alan şəxsin pensiyası gələn ilin yanvarından 14-15 faiz indeksləşdirilərək 228-230 manata çatdırılacaq”.

Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşların yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Məsələn, 2019-cu il ərzində infilyasiya səviyyəsi təxminən 4 faiz təşkil edib. Vətəndaşın pensiya kapitalında 30 min manat toplanıbsa, həmin məbləğin üzərinə 4 faiz əlavə vəsait hesablanacaq.

Qeyd edək ki, pensiya kapitalı vətəndaşların pensiyaya çıxması üçün tələb olunan şərtlərdən biridir. Yəni pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Bu iki şərtdən biri yerinə yetirilməklə, vətəndaş yaşı çatanda pensiyaya çıxa bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
pensiyalar,  pensiya
error: Content is protected !!