Read More9
Read More9

Xaricə mal satışı zamanı bank hesablaşmaları

posted in: Xəbər | 0

vakansiya bank hesablarıXaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-ci sətirində 10.000 ABŞ dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ dollarının manat ekvivalenti olan 16.949 manat yazılır? (bank hesablaşmaları,mal satışı)

Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənfəət vergisi bəyannaməsinin “Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği” sətrinin xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölkənin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə sənədin əsasında nəzərə alınır.

Mənbə: vergiler.az


Bax:


Vakansiya: Mühasib köməkçisi – Erdem Elektro Mexanik

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Erdem Elektro Mexanik.

İş barədə məlumat

– İş saatı : 09:00-dan 19:00-dək
– Cins : Xanım
– İş rejimi: Həftənin 6 günü; istirahet günü – bazar
– İş yeri: Bakı şəhəri
– Gəlir və xərclərin hesablanması
– Banklarla və digər orqanlarla hesablaşmalar
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi

Namizədə tələblər

– Cins: xanımlar
– Ali təhsil (müvafiq sahəyə uyğun)
– Maliyyə və mühasibat sahəsi üzrə ən az 1 il iş təcrübəsi
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olması

CV -lərinizi / mail ünvanına Mühasib köməkçi başlığı altında göndərməyinizi xahiş edirik.

Mənbə: finstaff.az


Azərbaycanda ƏDV-nin istehlakçılara qaytarılması ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim olunub

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda Əlavə dəyər vergisinin istehlakçılara qaytarılması ilə bağlı normativ hüquqi akt layihəsi Nazirlər Kabinetinə təqdim olunub. (ƏDV-nin qaytarılması)

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə deyib.

“Əlavə dəyər vergisinin istehlakçılara qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının çekləri əsasında həyata keçiriləcək. Qrafik üzrə nəzarət kassa aparatlarının quraşdırılması davam etdirilir. Ümid edirik, bu proses ilin sonunadək yekunlaşdırılacaq. İstehlakçılara nağd qaydada həmin vəsaitin qaytarılması ilə bağlı normativ hüquqi akt layihəsi hazırlanıb və artıq Nazirlər Kabinetinə təqdim olunub, hazırda layihə rəsmiləşdirmə mərhələsindədir. Gözləyirik ki, yanvarın 1-dən artıq proses reallaşsın”, – deyə S. Musayeva bildirib.

Mənbə: apa.az



Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya istifadə edilməməsinə görə maliyyə sanksiyaları tətbiq olunacaq

posted in: Maliyyə, Xəbər | 0

Nəzarət-kassa elektron kassa çekiAzərbaycanda POS-terminal quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.

Bu barədə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

“Bu hala təqvim ili ərzində ilk dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üçüncü dəfə yol verildikdə 6 000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, nəzarət-kassa aparatının tətbiq edilməməsinə bərabər tutulan maliyyə sanksiyalarıdır”, – deyə S. Musayeva qeyd edib.

Mənbə: apa.az



error: Content is protected !!