Read More9
Read More9

Vergilər Nazirliyi “AMV Consulting” şirkətinin müraciətini araşdırıb

posted in: Vergi, Xəbər | 0

Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Bu günlərdə mətbuatda “AMV Consulting” şirkətinin Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsi ilə bağlı informasiyalar yayılmaqdadır. “AMV Consulting” şirkəti iddia edir ki, xidmət göstərdiyi vergi ödəyicilərinin bank hesabına əsassız olaraq sərəncam qoyulması və hesablardan pul silinməsi barədə Vergilər Nazirliyinə müraciət ünvanlayıb (Vergilər Nazirliyi)

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, qeyd olunanlarla bağlı “AMV Consulting” şirkətinin müraciəti Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətlə araşdırılıb. Belə ki, “AMV Consulting” şirkətinin nümayəndələri Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə dəvət olunub və vergi bəyannamələrində aşkarlanmış uyğunsuzluqlar barədə onlara ətraflı izahat verilib. Şirkətin nümayəndələrinə dəqiqləşdirilmiş hesabatın verilməsinin zəruriliyi, həmçinin vergi qanunvericiliyi pozulduğu təqdirdə yaranan məsuliyyət halları barədə xəbərdarlıq edilib. Şirkətin nümayəndələri vergi bəyannamələrində uyğunsuzluqlar olduğunu etiraf ediblər və ən qısa zamanda dəqiqləşdirilmiş hesabatın təqdim ediləcəyini bildiriblər.

Vergilər Nazirliyi bildirir ki, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan aydın və şəffaf münasibətlərin qurulması vergi xidmətinin fəaliyyətində əsas prioritet olaraq müəyyən edilib. Başlıca yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini şəffaf prinsiplər üzərində qurmalıdır. Bu səbəbdən Nazirlik tərfindən vergi ödəyicilərinin hüquq və qanunla müdafiə olunan mənafelərinin qorunmasına, eləcə də onların müraciətlərinə və şikayətlərinə ədalətli baxılmasına diqqətlə yanaşılır. Biz vergi ödəyicilərini dinləməyə, problemlərini həll etməyə, aşkar olunan hər-hansı çatışmazlıqları aradan qaldırmağa hazırıq.

Lakin vergi ödəyiciləri də qanunlar çərçivəsində işləməli olduqlarını bilməlidirlər. Bunun ən doğru yolu vergi orqanı ilə qarşılıqlı inam və etimada əsaslanan şəffaf əməkdaşlıq mühitinin təmin edilməsidir.

Mənbə: report.az



Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamVergilər nazirinin müavini Mətin Eynullayev noyabrın 18-də Ağcabədi şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ü.Hacıbəyli küçəsi) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-14 noyabr 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



Vakansiya: Baş Mühasib – Mətanət A

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisi,Vakansiya: Baş Mühasib.

İşəgötürən: Mətanət A.

İş barədə məlumat

  • Təhtəl şəxslərlə hesablaşmaların uçotunun aparılması;
  • Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması;
  • Mal-material uçotu;
  • Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi;
  • İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması;
  • İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması.
  • İş şəraiti:
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Namizədə tələblər

  • Təhsil: Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  • İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan;
  • Yaş həddi: 30-50
  • Dil bilikləri: Azərbaycan və Rus dili;
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
  • Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı;
  • Vergi qanunvericiliyini mükəmməl bilmək.

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək / ünvanına göndərin.

Mənbə: finstaff.az


Fəaliyyətini dayandıran sahibkarın vergi öhdəliyi olurmu?

posted in: Vergi, Xəbər | 0

qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftFəaliyyətini müvəqqəti dayandıran sahibkarların vergi öhdəlikləri barədə müəyyən suallar yaranır. Məsələn, fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilir. Bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmadıqda onlar əsas vəsait kateqoriyasından çıxılır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudurmu? (vergi öhdəliyi)

Sualın izahı ilə bağlı Vergilər Nazirliyindən Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə istinadən bildirilib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir. Eyni zamanda, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansında olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər. Lakin hesablanmış amortizasiya xərcləri növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin tələbinə görə, Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Qanunvericilikdə fəaliyyətini müvəqqəti dayandıran iş adamlarının vergi hesabatları təqdim etməsinin qaydaları da əksini tapıb. VM 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Hesabatı elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.

error: Content is protected !!