Read More9
Read More9

Vakansiya: Mühasib köməkçisi – Superfon

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasibat uçotuVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Superfon.

İş barədə məlumat

– İş saatı 09:00-dan 18:00-dək

– Həftə 1 dəfə iştirahət

– İş Bakı şəhərindədi

– Debitor və kreditorlarla hesablaşmalar

– Baş mühasibə görülən işlər barəsində məlumatların verilməsic

Namizədə tələblər

Təhsil : Ali

İş təcrübəsi : 1 ildən 3 ilə qədər

Yaş : 20 – 30

Cins : Qadın

– Kollektivlə işləmək bacarığı

– Məsuliyyətli

– İlkin riyazi hesablamalar

– 1 C proqramında işləmək bacarığı

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


Sığorta müqaviləsi bağlayarkən nə tələb etmək lazımdır?

posted in: Müqavilələr, Xəbər | 0

Sığorta müqaviləsiSığorta müqaviləsi bağlayarkən nə tələb etmək lazımdır? (sigorta)

Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra cəmiyyətdə ən tanınmış sığorta növlərindən biri olan və “el arasında” icbari sığorta adı ilə tanınan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlandı.

Bununla yanaşı foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkün olması, elektron hökumət portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə sənədləşməni istisna etdi.

Bu isə öz növbəsində kağız daşıyıcıda tərtib edilən müqavilələrin sıradan çıxmasına, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxardı.


Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

Buna baxmayaraq yenə də müvafiq sığorta müqavilələri ilə əlaqədar cəmiyyətdə cavabını tapmayan sualların olması müşahidə edilməkdədir.

Bu sualları aşağıdakı kimi qeyd etmək mümkündür:

– Mən necə müqaviləmə baxa bilərəm?

– Müqaviləmin qüvvəsi nə vaxt başa çatacaq?

– Hadisəm olanda nə etməliyəm ki, ödənişdən imtina edilməsin?

– Hansı hadisələrə görə ödəniş verilir? və s

Bu kimi sualların yaranmaması üçün məqsədəuyğundur ki, sığorta müqaviləsi bağlayarkən sığorta şirkətindən yaddaş vərəqi tələb edilsin.

İstər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini, istərsə də könüllü qaydada tərtib edilmiş sığorta müqavilələrini tərtib edərkən sığorta şirkətləri sığortalılara müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisə zamanı necə hərəkət etməyi, sığortalıların hüquq və vəzifələrini, hansı hadisələrə görə ödəniş verildiyini və digər şərtləri əks etdirən yaddaş vərəqi vermək öhdəliyi daşıyır.

Bu öhdəlik həm Mülki Məcəllənin 913-cü maddəsindən, həm də müvafiq qaydada icbari sığorta qanunvericiliyi və könüllü sığorta qaydalarından irəli gəlir.

Bununla yanaşı qeyd edək ki, icbari qaydada bağlanan və elektron sənəd qaydasında tərtib edilən sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənmək üçün müqavilənizi tərtib edən sığorta şirkətinizə müraciət edərək elektron qaydada tərtib edilmiş müqavilənizi çap versiyada əldə edə bilərsiniz.

Onu da xatırladaq ki, sığorta müqaviləsi bağlanarkən sığorta şirkətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna maliksiniz.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Bax: Əvvəlki illərin məzuniyyəti hesablanarkən 200 manat güzəşt hər bir il üçün hesablanmalıdır?

Xidməti müqavilə ilə işləyənlərin itirdikləri


sığorta müqaviləsi, sigorta

Azərbaycanda vergi və gömrük inzibatçılığının strategiyasının hazırlanması təklif edilib

posted in: Vergi, Xəbər | 0

vergi güzəşti, vergi yoxlaması, e-qaimə, VHF,Hesablama Palatası gömrük orqanları xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin yığımı prosesinin daha da təkmilləşdirilməsi məqsədilə elektron informasiya sistemində xarici ticarətin iştirakçılarının dövlət büdcəsi ilə hesablaşmalarının uçotunun aparılmasında “şəxsi hesab vərəqəsi” prinsipinin tətbiq olunmasını təklif edib. (vergi)

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, borc və artıq ödəmə məbləğlərinin, eləcə də gömrük ödənişlərinin (ödənişləri həyata keçirən şəxslərin) gömrük bəyannamələrinə uyğun uçotunun təşkil olunması məqsədəmüvafiq hesab olunur:

“Ümumilikdə isə vergi və gömrük inzibatçılığının inkişafı üçün inzibatçılığın səmərəliliyinin mütəmadi olaraq qiymətləndirilməsi (diaqnostikası) mütləq şərtdir. Bu baxımdan da konkret hədəflər üzrə kəmiyyət göstəriciləri əks etdirilməklə inzibatçılığın orta və uzunmüddətli dövr üçün inkişafı strategiyasının təsdiq olunması zərurəti yaranır”.

Mənbə: apa.az


Bax: Publik hüquqi şəxs üzərində dövlət nəzarətinin tətbiq olunması təklif olunub


Publik hüquqi şəxs üzərində dövlət nəzarətinin tətbiq olunması təklif olunub

posted in: Vergi, Xəbər | 0

ƏDV Hesablama vergi sirri hesablama palatası vergi ödəmələri Ali Audit Qurumları memorandumHesablama Palatası publik hüquqi şəxslər üzərində dövlət nəzarəti tətbiq olunmasını təklif edib.

Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, beynəlxalq təcrübəsinin araşdıran Hesablama Palatası hesab edir ki, publik hüquqi şəxsin fəaliyyətinin qanuniliyi, aktuallığı və səmərəliliyi, habelə maliyyə-təsərrüfat fəaliyyəti dövlət nəzarəti altında olmalıdır və bu nəzarəti həyata keçirən orqan qanunla müəyyən edilmiş qaydada publik hüquqi şəxsin qanunsuz qərarının qüvvədən düşməsi və ya ləğv edilməsi səlahiyyətinə malik olmalıdır. Eyni zamanda, fikrimizcə, publik hüquqi şəxslər daşınmaz əmlak əldə etmək, sərəncam vermək, kredit götürmək, bəzi xərclər üzrə hədləri müəyyən etmək üçün bu orqanın razılığını almalıdırlar. Hesablama Palatası beynəlxalq təcrübədə də tətbiq edilən yanaşmaları istifadə etməklə Azərbaycan Respublikasında da publik hüquqi şəxslərin büdcəsinin dövlət nəzarət orqanı ilə (məsələn, Nazirlər Kabineti) razılaşdırılmasını təklif edib.

Rəydə nəzərə çatdırılır ki, bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılır ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Digər tərəfdən, publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur ki, bu dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir. Hesablama Palatası hesab edir ki, yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir. Dövlət büdcəsinin icrası ilə bağlı məlumatların təhlili göstərir ki, bəzi hallarda publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlər konkret tədbirləri əhatə edən dövlət sifarişləri ilə bağlı olmur. Başqa sözlə bəzi hallarda publik hüquqi şəxslərin saxlanılması və funksional fəaliyyəti də dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Hesablama Palatası bunu nəzərə alaraq, dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılacaq vəsaitlərin məbləğinin müəyyənləşdirilməsi üçün dövlət sifarişləri əsasında göstəriləcək xidmətlərə əsaslanan maliyyələşmə mexanizmlərinin hazırlanmasını təklif edir. Rəydə qeyd edilib ki, publik hüquqi şəxslər dövlət büdcəsinin xərclərinə artırıcı təsirə malik olduğu kimi, dövlət büdcəsi gəlirlərinə də azaldıcı təsirə malikdir. Vergi Məcəlləsinə əsasən, publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəalar gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etməyə imkan verir.

Bunun nəticəsində isə onlar tərəfindən maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnə bilər. Hesablama Palaiasına görə, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması məqsədəuyğundur. Eyni zamanda, bəzi büdcə təşkilatlarının son illər ərzində publik hüquqi şəxsə çevrilməsi bu təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlərin dövlət büdcəsinin gəlirlərinə (büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə) aid edilməməsinə gətirib, həmin publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlərdə azalma müşahidə olunmayıb.

Dövlət büdcəsin icrası ilə bağlı Hesablama Palatasında təqdim edilmiş məlumatlara görə, 2018-ci ilin dövlət büdcəsindən 20 publik hüquqi şəxs üzrə bütün istiqamətlərdən 1,9 mlrd. manat vəsait xərc edilib, 2019-cu il dövlət büdcəsində isə bütün mənbələrdən 1,5 mlrd. manat nəzərdə tutulub. Hesablama Palatası 2019-2020-ci illərdə public hüquqi şəxslərə bölgüsü əvvəlcədən müəyyənləşdirilməmiş xərclərdən ayırmaların hesabına nəzərdə tutulmuş məbləğin artacağı qənaətindədir. Publik hüquqi şəxslər üzrə nəzərdə tutulmuş xərclərin iqtisadi təsnifat üzrə təhlili göstərir ki, bu xərclərin 64,7 mln. manatı istehlak yönlü xərclər, 116,0 mln. manat dövlət müəssisələrinə subsidiyalar, 71,0 mln. manatı yaşayış binalarının tikintisi, 322,0 mln. manatı, qurğuların (tikililərin) əsaslı təmir xərcləri üzrə, 0,1 mln. manatı bank xidmətlərinin ödənilməsi üzrə, 1,6 mln. manatı sair xərclər üzrə nəzərdə tutulub.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticəsi göstərir ki, bəzi təşkilatların publik hüquqi şəxsə çevrilməsindən sonra, onlar tərəfindən əməyin ödənişi ilə bağlı xərclər Vahid Tarif Cədvəli üzrə deyil, nisbətən yüksək tariflərlə müəyyən edilir. Ümumiyyətlə, təhlil qurumların “publik hüquqi şəxs” statusunun yalnız bu məqsəd üçün əldə etməsi təəssüratı yaranır. Bunu nəzərə alaraq, qanunvericiliyə dövlət büdcəsindən alınan vəsaitdən əlavə illik gəliri müəyyən məbləğdən yüksək olan publik hüquqi şəxslər üzrə (təhsil və ya elmi müəssisələr istisna olmaqla) müvafiq büdcə layihəsinin, ştat cədvəlinin və əmək haqqı sənədlərinin, həmçinin bir sıra xərclərin həddinin nəzarət orqanı ilə razılaşdırmaq məcburiyyətinin olması ilə bağlı əlavələrin edilməsi məqsədəuyğundur.

Mənbə: apa.az



error: Content is protected !!