Read More9
Read More9

Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Xidmətin adı: Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi. (vergi ödəyicisi, edv)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronl aşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Bakıda işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqıBu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əmək haqqı 4,4% artaraq 822,2 manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinə istinadən verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Mənbə: report.az



Vakansiya: Kiçik mühasib – Azerbaijan Supermarket MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

kiçik Mühasib köməkçisi vakansiyaVakansiya: Kiçik mühasib.

İşəgötürən: Azerbaijan Supermarket MMC.

İş barədə məlumat

  • Gömrük və logistika şöbəsindən gömrük bəyannamələrini əldə etmək.
  • Mühasibat uçotu sisteminə (COINS) gömrük bəyannamələrini daxil etmək.
  • Gömrük bəyannamələrini bank çıxarışı ilə uyğunlaşdırmaq.
  • İnvestisiya əməliyyatları üçün hesabları uyğunlaşdırmaq.
  • Balans hesabatları hazırlamaq.
  • Baş mühasibin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Azərbaycan, İngilis dilləri biliyi.
  • Düzgün iş prosesini qurmaq bacarığı.
  • Komanda mühitində yaxşı işləmək bacarığı.
  • Təhlil, təcrübə, təşkilatçılıq və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı.
  • Analitik düşünmə bacarığı.
  • Nəzarət altında olmadıqda etibarlı və düzgün işləmə bacarığı.
  • Personal kompyuterdən (PC) və e-mail, internet, və Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) proqramından istifadə etmək bacarığı.

Vəzifənin adını Mövzu bölməsində qeyd etmək.

CV-nizi / email ünvanına göndərmək.

Mənbə: finstaff.az


Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanmış gəlir vergisini DSMF yoxsa Şirkət ödəməlidir?

posted in: Xəbər | 1

Baş Mühasib VakansiyaSual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən hesablanmış gəlir vergisini DSMF yoxsa Şirkət ödəməlidir? (gəlir vergisi)

Cavab: Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənin öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək haqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: vergiler.az


Bax: Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı


error: Content is protected !!