Read More9
Read More9

Rusiyalılar ən darıxıdırıcı peşələrin adını çəkdilər

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rusiyalılar ən darıxıdırıcı peşələrin adını çəkdilər. (peşə)

İlk yerdə gözətçi peşəsi yer alıb.

“Superjob” iş axtarışı xidməti, “rusiyalılar hansı peşələri ən darıxdırıcı hesab edirlər” başlıqlı sorğu həyata keçirib. Reytinqdə gözətçi peşəsi birinci yeri qazanıb – sorğuda iştirak edənlərin 13%-i belə fikirdə olub.

İkinci yerdə – mühasib peşəsi qərarlaşıb, sorğuda iştirak edənlərin 9%-i qənaəti belə olub. Rəyi soruşulan respondentlərin 8% hesab edib ki, əgər hər hansı bir peşə sevimli və maraqlı deyilsə, istənilən peşə cansıxıcı hesab oluna bilər.

5% rusiyalılar üçün satıcı peşəsi darıxdırıcı hesab edilir, dalandar və xadimə peşələri cansıxıcılığına görə 4% tərəfdar toplayıblar. Rusiyalıların 2%-nin fikrincə istənilən oturaq iş qəm-qüssə gətirir.

Maraqlıdır ki, altı il ərzində maraqsız peşələrlə bağlı rusiyalıların düşüncəsi dəyişilməz olaraq qalmaqdıdır. Belə ki, 2013-cü ildə aparılmış oxşar sorğu zamanı ən darıxdırıcı peşələr siyahısında da mühasib və gözətçi peşələri liderlik edirdilər (o vaxt keçirilən sorğuda bu peşələrin hər biri 13% səs qazanmışdı).        



peşə

Gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlar icra olunacaq

posted in: Xəbər | 0

Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək.

Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar həyata keçirilə bilər.

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

Mənbə: vergiler.az

Bax: Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib


Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib. (peşəkar investor)

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiqlənən “Marja ticarətinə dair Qaydalar”da əksini tapıb.

Qaydaya əsasən, marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan (rüb ərzində ən azı 10 ticarət əməliyyatı aparmaqla) və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslər peşəkar investor sayılacaq.

Marja ticarəti investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir. Baza aktivinə qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri daxildir.

Mənbə: apa.az



Vakansiya: Mühasib – LS Group

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

vakansiya, mühasibVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: LS Group.

İş barədə məlumat

  • Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək
  • Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək
  • Hesablar, qaimələr, ödəniş tapşırıqları və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək
  • Mühasibat əməliyyatlarını icra etmək
  • Mövcud qaydalara müvafiq olaraq lazımi sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək
  • Əmək haqqı – 500-700 AZN.

Namizədə tələblər

  • 25-35 yaş arası xanım namizədlər
  • Ali təhsil mütlqədir
  • 1 C 8.3 Programını bilmək

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


error: Content is protected !!