Read More9
Read More9

Excel faylının içinə Excel faylı yerləşdirmək

posted in: Excel, Xəbər | 0

Excel faylının içinə Excel faylı yerləşdirmək

Nə qədər qəribə səslənsə də, istənilən Excel faylının içinə başqa bir Excel faylı yerləşdirmək mümkündür (embed). Sadəcə Excel deyil, digər formatlı faylları da yerləşdirə bilərik. Bunun üçün, aşağıdakı sadə prosedurları yerinə yetirmək kifayət edəcəkdir. Menudan Insert >> Text >> Object seçərək əməliyyatımıza başlayırıq.

Qarşımıza çıxacaq Object dialoq qutusundan Create from File >> Browse seçirik.

Lazım olan müvafiq faylı seçib OK düyməsinə basdıqdan sonra Excel faylımızın içində, embed etdiyimiz faylı təmsil edən qara çərçivəli bir skrin görəcəyik.

Üzərinə klikləyib, kənarlarından dartıb, istəyimizə uyğun ölçüsünü düzənləyə bilərik. Üzərinə 2 dəfə kliklədiyimizdə isə (double-click), embed etdiyimiz Excel faylını açmış olacaq.

Bundan əlavə, Insert >> Text >> Object dialoq qutusunun Create New bölməsinə daxil olduqda isə, frəqli növ formatda faylları da Excel faylımızın içinə yerləşdirə bilərik.

Müəllif: Elçin Xəlilov



Taksi xidməti barədə tələblər

posted in: Xəbər | 0

Taksi xidməti barədə tələblər (sərnişinlər və sürücülər üçün faydalı).

Bu yazımızda yaxşı və ya pis olmasına münasibət bildirməyərək ölkədə taksi fəaliyyətinin genişlənməsi səbəbindən taksilər üçün qanunvericiliyin mövqeyini diqqətə çatdıracağıq. Mövzu çərçivəsində bu fəaliyyətlə məşğul olanlar üçün hazırki tələbləri də qeyd edəcəyik ki, faktiki qüsurlar aradan qaldırılsın.

Əvvəla onu qeyd edək ki, taksi fəaliyyətini həyata keçirən şəxslər üçün başlıca tələb həm özlərinə, həm də avtomobilə dair sənədlərin qaydasında olmasıdır. Sözsüz ki, bu sənədlərin sərnişinə birbaşa təsiri olmasa da, sifariş zamanı avtomobilin saxlanılmasında vaxt itkisinə təsir edəcək hallardır. Bununla yanaşı avtomobilin icbari qaydada olduğunun dəqiqləşdirilməsi də məqsədəuyğun sayılır. Çünkü heç kəs qəzanın nə vaxt olacağını bilmədiyi üçün onun fəsadlarından da xəbərdar deyil. Taksilərdə zəruri sənədlərlə yanaşı dərman qutusu və yanğın söndürmə balonunun da olması tələb edilən hallardan sayılır.

Taksi minik avtomobilləri “Taksi” tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır.

Bəzi hallarda müəyyən statusa malik şəxslər üçün verilmiş avtomobillərin taksi kimi istifadəsi ilə qarşılaşmaq mümkündür. Bununla bağlı qanunvericiliyin tələbinə əsasən iki qapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlilliyi olan şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, habelə əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.

Taksi sürücüsü olmaq üçün tələblərdən digəri də yaşın 21-dən az olmaması, B və ya BE kateqoriyalı sürücülük vəsiqəsi, 2 ildən artıq sürücülük təcrübəsinin olmasıdır. Xatırladaq ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi aylıq 9 manat, Bakı şəhəri daxili və Bakı şəhərindən digər yerlərə daşıma üçün isə 18 manat məbləğində vergi ödəyirlər. Digər ərazilər qismində Abşeron, Gəncə, Sumqayıt üzrə 13.5 AZN, başqa ərazilər üçün 9 AZN vergi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ödənişsiz olaraq verilir.

Sərnişinlərin avtomobilə minib-düşməsi yalnız avtomobil tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində mümkündür. Taksidə unudulmuş və ya düşmüş əşya tapıldıqda həmin əşya barədə akt tərtib edilə və əşyanın sahibinə verilməsi zamanı onun saxlanmasına görə haqq tələb edilə bilər.

Bir taksi minik avtomobili eyni istiqamətdə gedən bir neçə sərnişin tərəfindən kirayələndikdə və həmin sərnişinlərin getdikləri məsafə təxminən bərabər olduqda, gediş haqqının ümumi məbləği sərnişinlər arasında bərabər bölüşdürülür.

Taksi minik avtomobili kirayələnmədikdə, onun damındakı “Taksi” tanınma nişanı fənəri sürücü tərəfindən yandırılmalı, taksi minik avtomobili sərnişin tərəfindən kirayələndikdə isə həmin fənər söndürülməlidir. Avtomobilin pəncərələrinin açılmasına yalnız sərnişinin və sürücünün qarşılıqlı razılığı ilə yol verilir. Taksi sürücüsü reysqabağı hər gün tibbi müayinədən keçməlidir. Bəzi hallarda naşı sürücülər gedəckləri yeri bilmədikləri üçün sifarişin icrasında problem yaranır ki, qanunvericiliyə görə sürücü xidmət göstərdiyi ərazinin hüdudlarında küçələrin və əsas obyektlərin adlarını və onların yerləşdiyi yerləri, taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş duracaq yerlərini, yol hərəkətinin təşkilini, tibbi yardım və polis bölmələrinin yerləşdiyi yerləri bilmək öhdəliyi daşıyır.

Həmçinin taksi sürücüsünün vəzifəsidir ki, avtonəqliyyat vasitəsinin salonunun və baqaj bölməsinin təmiz vəziyyətdə olmasına daim nəzarət etsin, iş vaxtı təmiz və səliqəli geyimdə olmaq, habelə sərnişinlərlə ünsiyyətdə nəzakətli olsun. Bununla yanaşı sürücünün də hüququ var ki, daşınma ilə əlaqədar xidmətin göstərilməsi başlananadək sərnişinin gediş haqqını ödəmək imkanında şübhə olduqda, sərnişindən qabaqcadan gedişin və boşdayanmanın güman edilən dəyərindən artıq olmayan miqdarda ödəniş alsın. Eyni zamanda sərnişin çirkli paltarda və ya sərxoş vəziyyətdə olduqda, kobud surətdə ictimai qaydanı pozduqda, yaxud sürücüyə avtonəqliyyat vasitəsini idarə edərkən mane olduqda, gedişi dayandırmaq və həmin sərnişinin daşınmasından imtina edə bilər.

Qanunvericilik taksi sürücüləri üçün müəyyən qadağalar da nəzərdə tutmuşdur. Belə ki, taksi minik avtomobilinə onu birinci kirayələmiş şəxsin razılığı olmadan digər sərnişinləri mindirmək və sərnişindən taksometrin göstəricisindən artıq miqdarda haqq ödəməyi tələb etmək qadağan edilmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Vakansiya: Mühasib köməkçisi – Bauger MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib,kiçik Mühasib vakansiya baş mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Bauger MMC.

İş barədə məlumat

  • İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
  • Vergi hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
  • Gündəlik əməliyyatlar və sənədləşmələr
  • Mühasibatliq modulu üzrə Mikro sistemində əməliyyatların aparılması

Namizədə tələblər

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibatlıq üzrə ən azı 1-2 il iş təcrübəsi;
  • Mikro sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada və təzyiq altında işləmə bacarığı;
  • ACCA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük veriləcək;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
Mənbə: finstaff.az


Mühasibatlıqda ezoterizm (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

vakansiya baş mühasib, mühasibat uçotuMühasibatlıqda ezoterizm (2-ci hissə) (mühasibatlıq)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Praktikləri öz növbəsində iki kateqoriyaya ayırmaq olar. Birinci kateqoriyadan olan elə də yüksək ixtisaslı mütəxəssislər olmayan nümayəndələr, mühasibat uçotu nəzəriyyəsi üzrə materiallara fikir verməyib, acgözlüklə xüsusi ədəbiyyatı mənimsəyirlər. Təbii ki, cari qanunvericiliyin yalnız şərhləri üzərində dayanırlar. Düşünürlər ki, bununla öz ixtisaslarını dəstəkləyir və yüksəldirlər və bəzi hallarda bu həqiqətə uyğun gəlir.

İkinci kateqoriyanın nümayəndələri, daha ixtisaslıdırlar və bu səbəbdən özlərinə də əmindirlər, onlar xüsusi ədəbiyyatı, ümumiyyətlə oxumurlar. Ədalətli olaraq güman edirlər ki, bu ədəbiyyatların müəllifləri onların özlərindən elə də çox fərqlənmirlər. Bunun əvəzində isə onlar normativ bazanı öyrənirlər. Qeyd edək ki, normativ bazanın öyrənilməsi, yeganə düzgün və mümkün bir yanaşmadır. Əlbəttə ki, təcrübə keçən mühasiblərin hər iki kateqoriyasının nümayəndələri mühasibat uçotu nəzəriyyəçilərinə laqeyd yanaşırlar, tamamilə başqa problemlərlə maraqlanırlar. Nəticədə, mühasibat uçotu hesabşünaslıq və hesabdarlıq bayraqları altında çıxış edən iki düşmən düşərgəyə bölünüb, baxmayaraq ki, özləri bunu dərk etmir.

Hesabşünaslıq və hesabdarlıq üzrə ədəbiyyat, mağazaların eyni piştaxtalarında “Mühasibat uçotu” rubrikası adı altında bir-birilə qonşuluq edirlər, baxmayaraq ki, tamamilə müxtəlif şeylərdən bəhs edirlər: hər hansı digər elmi fənn kimi hesabşünaslıq ətraf aləmi dərk etməyə yönəlib, hesabdarlıq isə mühasibat və ya vergi qanunvericiliyinin şərhinə əsaslanır və ən yaxşı halda yalnız elmi qanunvericiliyə aid edilə bilməyən tədris funksiyasını icra edir. Hesabşünaslıq və hesabdarlıq elementləri naşirlərin təzyiqləri altında hətta elm ilə əlaqəsi olmayan materiallar olsa belə, müəllifləri bir kitab cildi altında da yerləşməyə vadar edə bilir. Bütün bunlar adi mühasiblərin ehtiyaclarına cavab verən “sadə” mühasibat uçotu və yüksək dərəcəli ziyalılar tərəfindən yaradılmış mühasibat uçotu kimi təsəvvür yaradır – əslində, bu heç bir praktiki məşğuliyyətə uyğunlaşa bilməyən uçotdur, iki müxtəlif fəaliyyət növüdür, onlardan biri elmi intizamı təşkil edir, ikincisi isə başdan-ayağa utilitardır.

Elmi fəaliyyətlə az adam məşğul olur, tətbiqi fəaliyyətlə isə bütün mühasiblər. Kütlənin cəhdləri sayəsində, hansı ki, naşirlər buna əməl edirlər, mühasibat uçotu sahəsində intellektuallar yetişiblər. Baxmayaraq ki, bu fənnin hər iki təməlininin hərəkətvericiləri məhz, onlardır. Daha dəqiq desək, intellektualların sayı əvvəlki kimi qalır. Lakin onlar bu dünyadan olan insanlar kimi hansısa gəlir gətirən qanunvericiliyə şərhlərlə və intellekt üçün başqa xoş və vaxtsız xırdalıqlarla məşğul olmağa üstünlük verirlər. Lakin, insanların əksəriyyətinin məşğuliyyətləri məşğələlərin özlərinə heç bir təsir göstərmir.

Bir nəfər velosiped ixtira edir; bir neçə nəfər velosipedi hərəkətdə sınayır, digərlərinə onu sürməyi öyrədir; yerdə qalanları adi velosipedçilər olurlar – və sizdən soruşmaq istəyirik, onlardan hansı inkişaf üçün daha çox dəyər təşkil edir? Təbii ki, intellektual piramidanın zirvəsində dayanan velosiped ixtiraçısı; velosiped sürməyi öyrədən məşqçilər orta mövqedə dayanırlar, digər həvəskar sürücülər isə son istehlakçılar qismində çıxış edirlər. Velosiped sürmək, onu ixtira etməkdən çox asandır, elə deyilmi?

Nəyisə ixtira, icad etməyi kimsə bir nəfər bacarır, həm də o, bu zaman özündən əvvəlki sələflərinin, ruhən özünə yaxın olan tək-tük adamların ixtiralarından bəhrlənir. Belə şəxslər intellektual iz qoyanlardır, kütlənin yolu ilə getməyən, öz unikal mövqeyi olan, dünyaya başqa gözlə baxmağı bacaran adamlardır. Belə şeylər çox az adamlara nəsib olur. O səbəbdən istənilən elmi, ümumiyyətlə yaradıcı fəaliyyət, o cümlədən mühasibat sahəsində, öz mahiyyətinə görə ezoterikdir və əksinə, ezoteriklərin həyata keçirdikləri kəşflər və ixtiraların istehlakı, əslində, ezoterikdir. Yəni, ilk olaraq, özünü göstərməyə qadir olmayan kütlənin bir qismini təmsil edir.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


error: Content is protected !!