5 milyon manatdan çox əmlakı olan vergi ödəyiciləri ilə bağlı dəyişiklik edildi
Gələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.
Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.
Mənbə: fed.az

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9,5 faiz (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Gələn ildən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.
Azərbaycanda ilk dəfə olaraq pərakəndə satışla məşğul olan ticarət məntəqələrində və ictimai iaşədə xüsusi vergi güzəştləri tətbiq ediləcək.