Read More9
Read More9

Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

posted in: Vergi, Xəbər | 0

Prezident İlham Əliyev: Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

“Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”. Bu sözləri dövlətimizin başçısı İlham ƏIiyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”.

Vergi orqanlarının, digər hüquq-mühafizə orqanlarının bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməli olduqlarını vurğulayan Prezident İlham Əliyev deyib: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.

Mənbə: vergiler.az



4000 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0
Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Caspian Equipment Company
  • Şəhər – Bakı
  • Yaş – 27 – 45 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 5 ildən artıq
  • Əlaqədar şəxs – HR

Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Maliyyə-mühasibatlıq şöbəsinə rəhbərlik edilməsi
– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Baş Mühasib üçün tələblər

– Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, Müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
– Maliyyə büdcəsinin hazırlanma qaydaları
– Müvafiq normativ-hüquqi sənədlər
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– Şirkətin uçot siyasəti
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla öz CV-lərini  /  ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Mənbə: finstaff.az


İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları

posted in: Vergi, Xəbər | 0

               İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları attestasiya

Əmək bazarı emek

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə bildirilib ki, tərkibi azı beş nəfərdən ibarət olan attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu əsasında qəbul etməlidir.

Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edənlər məhkəməyə müraciət edə bilərlər.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. İştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirməyin vacibliyi qeyd edilib.

Mənbə: vergiler.az



Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

            Azərbaycanda orta aylıq əmək haqqı 590 manata çatıb (emek)

əməkhaqqının artımı

Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 611,1 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunlardan 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,4%-i təhsil, 18,0%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% artaraq 589,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az



error: Content is protected !!