Read More9
Read More9

Gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlar icra olunacaq

posted in: Xəbər | 0

Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək.

Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar həyata keçirilə bilər.

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

Mənbə: vergiler.az

Bax: Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib


Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib. (peşəkar investor)

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiqlənən “Marja ticarətinə dair Qaydalar”da əksini tapıb.

Qaydaya əsasən, marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan (rüb ərzində ən azı 10 ticarət əməliyyatı aparmaqla) və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslər peşəkar investor sayılacaq.

Marja ticarəti investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir. Baza aktivinə qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri daxildir.

Mənbə: apa.az



Vakansiya: Mühasib – LS Group

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

vakansiya, mühasibVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: LS Group.

İş barədə məlumat

  • Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək
  • Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək
  • Hesablar, qaimələr, ödəniş tapşırıqları və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək
  • Mühasibat əməliyyatlarını icra etmək
  • Mövcud qaydalara müvafiq olaraq lazımi sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək
  • Əmək haqqı – 500-700 AZN.

Namizədə tələblər

  • 25-35 yaş arası xanım namizədlər
  • Ali təhsil mütlqədir
  • 1 C 8.3 Programını bilmək

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


5 milyon manatdan çox əmlakı olan vergi ödəyiciləri ilə bağlı dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyinin pozulması, ÖMV bəyannaməsi, Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftGələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.

Mənbə: fed.az



error: Content is protected !!