Read More9
Read More9

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9,5 faiz (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. (Azərbaycan Mərkəzi Bankı,uçot dərəcəsi)

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.

Mənbə: vergiler.az



Əmlak vergisindən azad edilmiş mikro sahibkarların əhatə dairəsi azaldılır

posted in: Vergi, Xəbər | 0

Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerGələn ildən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mikro sahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Mənbə: report.az



Azərbaycanda ilk dəfə olaraq bu sahədə xüsusi vergi güzəştləri tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləriAzərbaycanda ilk dəfə olaraq pərakəndə satışla məşğul olan ticarət məntəqələrində və ictimai iaşədə xüsusi vergi güzəştləri tətbiq ediləcək.

Bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Yeniliyə əsasən, mağaza və restoranlarda POS-terminallar vasitəsilə aparılan əməliyyatlara 25 vergi güzəşti veriləcək.

Məcəlləyə əlavə edilən yeni maddədə deyilir ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

3 illik müddət isə 2020-ci ilin əvvəlindən deyil, 2019-cu ilin əvvəlindən hesablanacaq.

Mənbə: fed.az



Əmək haqqından gəlir vergisinin tutulması və sosial sığortanın hesablanması qaydaları

posted in: Xəbər | 0

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur. Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır (Məsələn 500 manat əmək haqqı alırsınız. (500-200)*14%=42). Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Mənbə: vergiler.az



error: Content is protected !!