Azərbaycanda bu şəxslərə vergi güzəşti ediləcək
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək
Gələn ildən Azərbaycanda sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmalar və güzəştləri müddətli olacaq və fərdi xarakter daşımayacaq.
Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənəddə təklif olunur ki, bina tikintisi ilə məşğul olan şəxslər dövlətə müəyyən hissə təqdim etdikdə, həmin əmlakın satışından əldə olunan gəlirlər vergiyə cəlb olunmasın.
Mənbə: report.az

Azərbaycanda büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsində yeniliklər gözlənilir.
Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.
Azərbaycanda sənaye zonalarında və texnologiya parklarında fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştinin müddəti dəyişdiridir.