Read More9
Read More9

Tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

Bina tikintisi, vergi öhdəlikləri,Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. (tikinti)

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin şəxslər vahid vergi rejimində  (əlavə dəyər vergisi (ƏDV)  və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Qeyd edək ki, qanun layihəsində keçid müddəaları da nəzərdə tutulub. Gələn il yanvarın 1-dək tikinti obyektlərinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş  vergitutma metodunu tıətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyəcək.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu qanunla müəyyən olunmuş qaydada yerinə yetiriləcək.

Mənbə: apa.az



2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunacaq

posted in: Vergi, Xəbər | 0

2020-ci ildən Azərbaycanda elektron vergi hesab-fakturası ləğv olunur.

qaime E-qaimə faktura elektron qaimə-faktura

Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Məcəllənin 25 maddəsində elektron vergi hesab-fakturası ya tamamilə ləğv edilir, ya da elektron qaiməfakturalara, ya da digər sənədlərlə əvəz edilir.

Mənbə: fed.az


Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək

posted in: Vergi, Xəbər | 0

bazar qiymətiGələn il yanvarın 1-dən Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisidir.

Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və ya vergi sirri sayılmayacaq. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılacaq. Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq.

Habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal yetirməyi tələb edə bilər. Vergi orqanının bu halda verginin onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq. Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura da əvəzləşdirməyə əsas olmayacaq.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mənbə: apa.az



Azərbaycanda orta aylıq əmək haqqı 850 manata çatdırılacaq

posted in: Xəbər | 0

maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGKAzərbaycanda orta aylıq əmək haqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verilən məlumata görə, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə – 716,7 manat, 2021-ci ildə – 768,6 manat, 2022-ci ildə – 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıqəmək haqqı 544,6 manat olub.

Mənbə: apa.az



error: Content is protected !!