Read More9
Read More9

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edildi

posted in: Vergi, Xəbər | 0

qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalMikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edildi.(vergiler naziri)

Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

Mənbə: president.az



Bu şəxslər üçün aylıq vergi azaldılır

posted in: Vergi, Xəbər | 0

Vergidən yayınma, Cari vergi ödəmələri,Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manatata endiriləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstrənlər üçün isə sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 15 manata endiriləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mənbə: fins.az



Artıq ödənilmiş vergilərin geri qaytarılması qaydası

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılması Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” əsasında həyata keçirilir.  (Artıq ödənilmiş vergilər)

Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirir ki, artıq ödənilmiş vergilər vergi ödəyicisinin digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olduqda, ilk növbədə onların ödənilməsinə aid edilir. Həmçinin artıq ödənilmiş vergilər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına da aid edilə bilər. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün vergi ödəyicisi Qaydaların 3-cü bəndinə uyğun olaraq qeydiyyatda olduğu və ödənilən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən vergi orqanına müvafiq ərizə ilə müraciət etməlidir.

Qaydaların 4.10-cü bəndinə görə yerli vergi orqanı 25 gün ərzində müvafiq rəy tərtib edərək aidiyyəti maliyyə orqanına təqdim etməlidir. Maliyyə orqanı isə 20 gün ərzində qaytarılmalı məbləği vergi ödəyicisinin bank hesabına köçürülməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ərizə verildiyi tarixdən 45 gün ərzində artıq ödənilən məbləğlər geri qaytarılmazsa, gecikdirilən hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faizlər ödənilməlidir. Bununla bağlı vergi ödəyicisi yenidən müvafiq ərizə ilə yerli vergi orqanına müraciət edir.

Onu da bildirək ki, vergi ödəyiciləri artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılmasını Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 il ərzində tələb etmək hüququna malikdirlər.

Mənbə: vergiler.az



Bu məhsullar üçün tətbiq edilən aksiz dərəcəsi artırılır

posted in: Vergi, Xəbər | 0

müavinətin təyin edilməsi Uşağa qulluqGələn ildən konyak istisna ilə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcəsi artırılır. (məhsullar)

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Beləliklə, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri  üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.

Mənbə: apa.az



error: Content is protected !!