Read More9
Read More9

Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə)

posted in: Xəbər | 0

müraciətŞikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (2-ci hissə) (şikayət)

Yazının 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

Bu dəfəki yazıda aşağıda göstərilən qaydaların pozulmasına görə hansı qurumların səlahiyyətli olmasını və şikayət qaydasını izah edəcəyik.

– mütəmadi olaraq tv və radio yayımlarının izləyiciləri həmin informasiya vasitələrində qarşılaşa biləcəkləri bəzi pozuntulardan şikayətin qaydasını dəqiq bilmir. Belə ki, yetkinlik yaşına çatmayanların əxlaqi, fiziki, əqli və mənəvi inkişafına mane olan və kodsuz yayımlanan proqramlarla bağlı müəyyən edilmiş qaydanı pozan yayımçılardan Milli Televiziya və Radio Şurasına şikayət edə bilərsiniz.

– Geniş yayılmış hallardan biri də qanunsuz küçə ticarəti, yəni yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərin pozularaq satışın aparılması olduğu üçün həmin halla bağlı Daxili İşlər Nazirliyi və ya müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanına şikayət edə bilərsiniz. Eyni zamanda etil spirti, alkoqollu içkilər və tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması halında da həmin qurumlara müraciət edə bilərsiniz.

– Tibbdə danılmaz faktdır ki, xalq təbabətinin bəzi xəstəliklərin müalicəsində xüsusi təsiri mövcuddur. Bu səbəbdən də bəzi “işbaz”lar diplomu və ya xüsusi icazəsi olmadan xalq təbabəti ilə məşğul olaraq saxta məhlullar hazırlayaraq insanların sağlamlıqlarına zərər vururlar. Bu kimi hallarda isə şikayət olunacaq qurum Səhiyyə Nazirliyidir.

– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanln pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.

– Sağlam bədəndə, sağlam ruh olmalıdır deyimindən irəli gələrək idmanın əhəmiyyətini hər an eşidə və görə bilərik. Buna baxmayaraq heç də hər kəs istənilən idman növü ilə məşğul ola və ya idman yarışlarına qatıla bilər. Məktəbdənkənar və ya bədən-tərbiyəsi idman təşkilatları şəxsi idman növü ilə məşğul olmağa yaxud yarışa buraxmağa başlamazdan əvvəl onun rəsmi tibbi icazə sənədinin olmasını dəqiqləşdirməlidir. Əks halda bu qaydanın pozulmasına görə Gənclər və İdman Nazirliyinə şikayət etmək mümkündür.

Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:

Daxili İşlər Nazirliyi – https://e-muraciet.mia.gov.az/

102 – qaynar xətti

Səhiyyə Nazirliyi – http://www.sehiyye.gov.az/?do=faq&form

Qaynar xətt məlumatları – http://www.sehiyye.gov.az/unvan.html

Gənclər və İdman Nazirliyi – Telefon: +994 12 465-84-21 (Ümumi şöbə)

Faks: +994 12 465-64-38

E-mail:

Milli Televiziya və Radio Şurası – Telefon: (+99412) 598-36-59, 493-05-86, 598-32-24, 498-18-82

Faks: (+99412) 498-76-68

E-poçtu: 

Onlayn müraciət: http://www.ntrc.gov.az/az/content/contact.html
Yazının 1-ci hissəsini oxumaq üçün keçidə daxil olun.
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şikayət

Vergilər Nazirliyi könüllü fəaliyyətlə bağlı növbəti mərhələni elan edir

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilərKönüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur. (Könüllü fəaliyyət)

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi faəliyyət göstərmək üçün 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaqdır.

Mənbə: vergiler.az



Vakansiya: Baş Mühasib – BERC Group

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: BERC Group MMC.

İş barədə məlumat

– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması

– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək

– Əməliyyatları 1C proqramında aparmaq

– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək

– İş qrafiki: həftə içi 09:00-dan 18:00-dək

– Sabit əmək haqqı 1500 AZN

– İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 500 AZN-ə qədər əlavə bonuslar olacaqdır

– Ünvan: Bakı şəh., Nəsimi ray., Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar metrosunun çıxışı, Bravo marketin yanı)

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)

– Analitik qabiliyyətə, ünsiyyət və idarəetmə təcrübəsinə malik olmaq

– Analoji sahədə 2 illik iş təcrübəsinə malik olmaq

– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)

– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq

– 1C proqramını yüksək səviyyədə bilmək

– Məsuliyyətli, təşəbbüskar və innovativ olmaq

– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına və davranış keyfiyyətlərinə malik olmaq

– Xarici dil bilikləri (Rus və İngilis dili) olan namizədlərə üstünlük veriləcək

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib, vakansiya

Notariuslar Vergilər Nazirliyinə xüsusi forma üzrə bəyannamə verəcəklər

posted in: Xəbər | 0

Məşğul şəxslər, Təcrübə müqaviləsi, vahid məlumat bazası, vergilərin geri qaytarılması, vergi, aksiz, əmək haqqı, emek haqqi, vəzifə maaşları, ,Tarif Cədvəli əmək haqları emek haqlari əmək haqları emek haqqi saathesabı əmək haqqı Əmək pensiyaları emek pensiyalariNazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. (Notariuslar, bəyannamə)

Qərarda sənədə aşağıdakı məzmunda abzas əlavə edilib: “Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verirlər”.

Mənbə: vergiler.az



error: Content is protected !!