– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
Maraqlanan namizədlər mövzu yerində Mühasib yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
“Azərbaycan Beynəlxalq Bankı” ASC Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
– Kredit riskləri üzrə rəhbərlik, tənzimləyici və digər istifadəçilər üçün mütəmadi hesabatların hazırlanması;
– Ehtiyyatların yaradılması;
– İFRS 9-un tətbiqi və bu sahə üzrə hesabatlılıqda iştirak etmək;
– Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
– Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini vermək;
Vakant vəzifə üzrə tələblər:
– İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil;
– İFRS 9 İAS 39 üzrə biliklər;
– Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq;
– Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
– MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
– CFA, DipİFR və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir
Bu iş sizə nələri qazandıracaq:
– Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
– Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
– Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
– Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
– Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2019-ci il tarixinədək / elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən, bütün torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində torpaq vergisinə cəlb edilir. Bunun üçün rezident və qeyri-rezident fiziki şəxslər, habelə müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, həmin vergini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Vətəndaşların öhdəliyi olan torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmadan ödənilməlidir. Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin və müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda isə fiziki şəxslərin torpaq vergisi yerli bələdiyyə büdcəsinə ödənilməlidir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Məcəllənin 206.1-1-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.
Həmin maddənin 2-ci bəndində müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirildiyi əskini tapıb. Vergi Məcəlləsinin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulan torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)
10000 m²-dək olduqda
10.000 m²-dən yuxarı olan hissə üçün
10000 m²-dək olduqda
10000 m²-dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri
10
20
0,6
1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri
8
16
0,5
1,0
Digər şəhərlər və rayon mərkəzləri
4
8
0,3
0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər
Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı
Sual: İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqının hesablanması haqda aşağıda qeyd olunan misal üzərindən məlumat verməyinizi xahiş edirik.
1. İşçi noyabr ayında 5 gün ezamiyyədə olmuşdur.
2. İşçinin ezamiyyədə olduğu ay (noyabr) üzrə əmək haqqı – 1000 AZN
3. Əvvəlki 2 ayın əmək haqqı – oktyabr 1000 AZN (23 iş günü), sentyabr 800 AZN Ə/H+200 AZN məzuniyyət= cəmi 1000 AZN (20 iş günü).
Ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı =?
Bildirmək istərdik ki, sualınız Vergilər Nazirliyinin səlahiyyətinə aid edilən məsələlərlə bağlı deyil.
Cavab: Məlumat üçün bildiririk ki, orta əmək haqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərara əsasən əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı orta əmək haqqı hesablanarkən nəzərə alınır.
Beləliklə sizin misalda, İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı = (1000 + 800 + 200) / (23 + 20) * 5 = 232,56 manat təşkil edəcəkdir.