Vergi yoxlamalarının azaldılması siyasəti təqdirəlayiq haldır
Vergi yoxlamalarının sayında nəzərə çarpan azalma dinamikası mühasiblərin işini xeyli asanlaşdırıb. Bu fikri muhasibat və vergi üzrə ekspert Ramin Ramazanov yoxlamaların sayı barədə danışarkən bildirib. (vergi yoxlamaları)
Ekspert əvvəlki vergi yoxlamaları zamanı yaşanan neqativ halların aradan qaldırıldığını vurğulayıb: “Vergi yoxlamalarının sayını göstərən statistikanı analiz edərkən, əslində, hazırkı dövrdə mühasiblərin işinin əvvəlkindən qat-qat rahat olduğunu görmək mümkündür. 2-3 il əvvələ kimi vergi yoxlamaları vergi ödəyicilərinin, eyni zamanda mühasiblərin xeyli vaxtını alırdı. Elə olurdu ki, yoxlamalar 3 ay davam edirdi. Əgər mühasib 4-5 şirkətin işini aparırdısa, deməli, bütün ili yoxlamalarda keçirməliydi”.
Qeyd edək ki, son 5 ildə vergi yoxlamalarının sayı belə dəyişib: 2014-cü il – 11.356; 2015-ci il – 12.073; 2016-cı il – 6.993; 2017-ci il – 5.778; 2018-ci il – 1.703; 2019-cu il (yanvar-may ayları) – 176.
Vergilər Nazirliyinin yoxlamaların azaldılması siyasətini yüksək dəyərləndirdiyini deyən ekspert, bu mənada, xüsusən mühasiblərin işinin xeyli yüngülləşdiyini bildirib.
Mənbə: vergiler.az

Vakansiya: Maliyyə menecerinin müavini.
Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Dövlət Statistika Komitəsinin (DSK) bu gündən başlayaraq oktyabrın 10-na qədər həyata keçirəcəyi əhalinin siyahıya alınması üçün müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləği məlum olub.