Read More9
Read More9

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Sual: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Mənbə: taxes.gov.az



Finding Someone to Night out – Approaches for Finding Someone to Date

posted in: Uncategorized | 0

If you are looking for facts on how to find someone to date, you’ll end up happy to realize that it is not a very difficult task. It will take time, strength and cash but you can get someone to time frame if you make the effort. Once you have determined that this is certainly something you should do you should start your search over the internet.

Online dating is just about the best way to meet up with people, but since you intend to meet somebody without having to let them have your genuine information, this is the way to go. Online dating sites has become a whole lot widely used over the past year or two, so there is a lot of competition in this area. It is just a lot more difficult to get a significant relationship started online as compared to person because people don’t like the fact that they are conference new people each day.

People are far more wary of getting together with other people on-line than these were a few years in the past. Also, internet dating is costly. There are sites where you can sign up for free and there are dating articles sites that charge to join. As long as you are prepared to purchase the membership you should be capable to find someone to particular date.

You should get the dating and marriage the majority of information about an individual by requesting them precisely the same questions that you just would correctly . in person. Regardless if they don’t respond straight away, don’t let that bother you. You might want to just keep trying.

After you have interviewed them, you will want to have them send an email with their contact information. You must do this quickly, as there is always a chance that they have wiped their profile. You will then have the means to meet up with them face-to-face and make sure that you’re compatible.

Presently there https://latin-brides.com/countries/venezuela are numerous ways to meet up with someone through online dating. Searching the Internet or talk to friends and family. Whatever you do, you need to learn how to manage your finances in order to prevent you from engaging in trouble at the time you meet somebody.

Upon having sent all of them your profile online, you will need to make sure that you are following the guidelines of internet dating. You will want to present that you are worthy of their as well as attention. You can even want to post sales messages in your profile on a regular basis. A lot more you content, the more they may see you but it will surely help you accumulation a romantic relationship.

It is really important that you find out how to locate someone to time online before you start. When you get to find out people on the net, it will be easier to find someone to time frame because they are going to already be with your friend list.

Gömrük təmsilçiləri gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar

posted in: Xəbər | 0

Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükGömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar.

Bu barədə Komitədə gömrük təmsilçiləri ilə keçirilən görüşdə bilidirilib.

Görüşdə xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini onlara gələn SMS və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.

“İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata keçirə bilərlər”, – DGK-dan bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər, gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.

Mənbə: report.az



Vakansiya: Maliyyə mütəxəssisi – Zəhmət-Ruzi MMC

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

Vakansiya: Maliyyə mütəxəssisi.

İşəgötürən: Zəhmət-Ruzi MMC.

İş barədə məlumat

– 1C proqramında müəssisənin hesabatların hazırlanmasında iştirak etmək. (Mənfəət/Zərər, Pul vəsaitlərinin hərəkəti, Balans və digər hesabatlar)

– Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi

– Büdcənin tətbiqi və nəzarətinin həyata keçirilməsi

Namizədə tələblər

– Ali təhsil (Maliyyə vəya mühasibat ixtisası üzrə)

– Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi

– ACCA sertifikatı olanlara üstünlük veriləcəkdir.Min. F3,F7 serifikatı

– MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli

– Komanda ilə işləyə bilmə bacarığı

– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

CV-lərinizi mövzu yerinə Maliyyə mütəxəssisi yazmaqla / ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


error: Content is protected !!