ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?
ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?
ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə “0” faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda Əlavə Dəyər Vergisi hesabatını “0” dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? “0” faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?
Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin əlavə dəyər vergsindən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.
Odur ki, Vergilər Nazirliyi tərəfindən əlavə dəyər vergisindən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə əlavə dəyər vergisi sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.
Qeyd olunan əməliyyatlar əlavə dəyər vergisi bəyannaməsinin 302 kodlu “ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

Hesablama metodu ilə uçot aparan istehsal müəssisəsi ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib. Hesabat dövrü ərzində istehsal edilən hazır məhsulun yarısı satılıb. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil edib. (əməkhaqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Əks halda hansı qaydaya istinad edilməlidir? Həmin bəyannamədə istehsal prosesi ilə bağlı xərcləri də tam əks etdirmək olarmı?
Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək.
Vergi ödəyicisinin vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) uçotunu aparmaq öhdəliyi varmı?