Read More9
Read More9

İş və xidmətlərin e-qaimə və ya E-VHF verilmədən təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmuşdur?

posted in: Xəbər | 0

vergi yoxlamasıVergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı e-qaimə vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala – birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (VHF)

Sual: Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən dedikdə bura (işlərin, xidmətlərin) daxil deyil. Daxildirsə niyə bu bənddə işlər xidmətlər qeyd olunmayıb? Biz şirkət olaraq ofis icarəyə götürmüşük, icarəyə verən şirkət elektron qaimə-faktura təqdim etmir. Bu halda icarədar və ya icarəçi hər hansı maliyyə sanksiyası, cərimə hesablanırmı?

Cavab: Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada e-qaimə vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron VHF təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Qeyd olunan maliyyə sanksiyaları mallara aid edilmişdir, iş və xidmətlərin  elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı58.8.2-ci və 58.13-cü maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
e-qaimə, vhf

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Azinterservice Co.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar
– Vergi və mühasibat uçotunun aparılması
– Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək
– İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq
– Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına daxil edilməsini təmin etmək
– Təşkilatlara vergi hesab- fakturalarını yazmaq və təqdim etmək

– Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək
– İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək
– AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı
– Pul vəsaitlərinin, əmtəə- maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək
– Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra etmək
– İş saatı: 09:00-dan 18:00-dək
– İş rejimi: Həftənin 6 günü; istirahet günü – bazar
– İş yeri: Babək Plaza

Namizədə tələblər

– Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi
– Kompüter bacarığı: MS Office, 1C
– Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı
– Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları
– Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Azərbaycanda məşğul əhalinin sayı artıb

posted in: Xəbər | 0

HR mütəxəssisİlkin məlumatlara əsasən 2019-cu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il avqustun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər təşkil edib.

2019-cu il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.

2019-cu il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı isə 70,9 min nəfər olub. Onların 35,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub. Bakıdan sonra ən çox işsiz şəxslər Sumqayıt, Şəmkir , Agdam və Salyanda qeydə alınıb. İşsizlikdən sığorta ödənişi alanların sayı isə Bakı istisna olmaqla ən çox Sumqayıt, Gəncə, Mingəçevir, Qubadlı və Zəngilanda olub. İqtisadi zonalar üzrə bölgüdə işsizlikdən sığorta ödənişi ən çox Bakı, Aran zonası, Abşeron və Kəlbəcər-Laçın zonasındakı işsiz vətəndaşlara verilib.

İşsiz şəxslərin sayı, nəfər onlardan

işsizlikdən sığorta ödənişi alanlar

Ölkə üzrə – cəmi 70.947 638
Bakı şəhəri 28.980 385
Abşeron iqtisadi rayonu 6.956 56
Gəncə-Qazax iqtisadi rayonu 10.528 36
Şəki-Zaqatala iqtisadi rayonu 2.328 15
Lənkəran iqtisadi rayonu 3.078 10
Quba-Xaçmaz iqtisadi rayonu 2.828 10
Aran iqtisadi rayonu 9.090 70
Yuxarı Qarabağ iqtisadi rayonu 3.612 8
Kəlbəcər-Laçın iqtisadi rayonu 1.423 41
Dağlıq Şirvan iqtisadi rayonu 2.124 7
Naxçıvan Muxtar Respublikası

 

Mənbə: vergiler.az


Bax: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
məşğul əhali

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? 

posted in: Vergi, Xəbər | 0

Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftMüəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu iş ilə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? (ÖMV bəyannaməsi)

Vergilər Nazirliyindən sualda qaldırılan məsələnin şərhi ilə bağlı bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. Güzəştli dərəcənin tətbiq olunmasında əsas məqsəd, ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əməkhaqqının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd olunanlara əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir.

Qeyd olunan halda əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyicisi tərəfindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən “Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu” adlı sətrində və “Verginin hesablanması” adlanan bölmələrdə “Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə” işarələnməlidir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi qaydası ilə Vergilər Nazirliyinin rəsmi saytı olan taxes.gov.az səhifəsində “Bəyannamə” bölməsinin “Bəyannamə, hesabat və ərizə formaları” hissəsində tanış ola bilərsiniz.

error: Content is protected !!