Read More9
Read More9

“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur

İnsan resursları təcrübəçi təcrübə proqramı“İnsan resursları üzrə təcrübə proqramı” elan olunur.

İşəgötürən: Sabah Group LLC.

Vəzifə və öhdəliklər:

• HR Menecerin tapşırıqlarının yerinə yetirilməsi
• İşə qəbul və azad olunma proseslərinin aparılması
• İş elanlarının yerləşdirilməsi,namizədlərin qəbulu
• Gündəlik olaraq işçilərin məzuniyyət, icazə və digər məsələlərin həll edilməsi
• Şirkətin tərkibində olan mağaza heyəti ilə sıx əlaqədə işlənilməsi
• Mağazalardakı işçi heyətinin həftəlik iş cədvəllərinin yoxlanılması

Tələblər:

• Yaş həddi:20-30
• Azərbaycan dili səlis, rus və ingilis dillərini orta bilmək
• Ali təhsilin olması
• MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
• Yüksək ünsiyyət qura bilmə bacarığı

Vədimiz:

• Karyera yüksəlişi
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Mehriban kollektivdə işləmə şansı

İş qrafiki:

• Saat 10:00-19:00
• 5/7 gün
• Təcrübə müddəti ödənişli olmaqla 2 aydır

E – mail :  /

Mənbə: jobsearch.az



Vergilər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıBeyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayon sakinlərinin nəzərinə! (Vergilər naziri)

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyun 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



Mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir?

posted in: Xəbər | 0

Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymət ilə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir? (gömrük rüsumu)

Mallar gömrük dəyəri ilə qiymətləndiriləndə müəssisədə ilin sonuna süni mənfəət yarana bilər. Bu məsələyə görə narahat olan sahibkarlar uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsinin izah edilməsini xahiş ediblər.

Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.


Bax: İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri tətbiq edilir.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Espresso Club Azerbaijan

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib. (muhasibat)

İşəgötürən: Espresso Club Azerbaijan.

İş barədə məlumat

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Mal-materialların uçotunun aparılması;
– İşçilərin əmək haqqlarının hesablanması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;

– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
– İş qrafiki: 10:00-20:00, həftənin bazar ertəsi – şənbə
– Əmək haqqı – 800 AZN
– İstirahət günü: bazar günləri
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

error: Content is protected !!