Read More9
Read More9

Ən yüksək əmək haqqı verən şirkətlərin reytinqi açıqlanıb

posted in: Xəbər | 0

Borclunun sağlamlaşdırılması“Glassdoor” iş axtarışı servisinin mütəxəssisləri 2019-cu ildə ən yüksək əmək haqqı alan şirkətlərin siyahısını dərc ediblər.

Reytinqə işçilərin orta məvacibi ildə 130 min ABŞ dollarından az olmayan şirkətlər daxil olub.

Ən yüksək əmək haqqı verən şirkətlərin reytinqi:

#

Şirkət

Ən yüksək illik əməkhaqqı, min dollar

Orta illik əməkhaqqı, dollar

1

Palo Alto Networks

247-271

170 929

2

NVIDIA

436-472

170 068

3

Twitter

255-274

162 852

4

Gilead Sciences

377-411

162 210

5

Google

695-762

161 254

6

VMware

406-441

158 063

7

LinkedIn

322-350

157 402

8

Facebook

324-347

152 962

9

Salesforce

473-516

150 379

10

Microsoft

523-565

148 068

 

Mənbə: apa.az



Vakansiya: 1C Operator – FOODEX MMC

posted in: 1C, İş elanı, Vakansiya, Xəbər | 0

1C operator vakansiyaVakansiya: 1C Operator.

İşəgötürən: FOODEX MMC.

İş barədə məlumat

– Baş Mühasibin tapşırıqlarının vaxtında və səlis yerinə yetirilməsi Əməliyyatların (Realizasiya və vozvrat sənədləri) 1 c də işlənməsi
– İşə qəbul əmrlərin hazırlanması
– E-qaimələrin yazılması
– Satış sənədlərinə nəzarət
– Malların giriş, satış və yerdəyişmə sənədlərinin 1C proqramına daxil edilməsi
– İş vaxtı: Həftədə 6 gun, 6-cı günlər qısa iş günü 10:00-dan 19:00-dək

“Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı Təkliflər Paketi hazırlanır

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası seminar imtahan auditorAuditorlar Palatası Azərbaycanda “Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı 100-dən çox təklifin yer alacağı Təkliflər Paketi hazırlayır.

Bunu Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, sənəd “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsinin tərkib hissəsi olacaq.

“Təkliflərdə qanunvericiliyin təkmilləşdirilməsi, “Kölgə İqtisadiyyatı”na qarşı aparılacaq tədbirlərin daha sistemli, kompleks, çevik şəkildə olması kimi məsələlər öz əksini tapacaq”, – deyə V.Novruzov qeyd edib.

Xatırladaq ki, Auditorlar Palatası “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir.

Mənbə: report.az

Bax: Məşğul şəxslər barədə məlumatların əldə olunması Qaydası təsdiq edilib


Məşğul şəxslər barədə məlumatların əldə olunması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Təcrübə müqaviləsi, vahid məlumat bazası, vergilərin geri qaytarılması, vergi, aksiz, əmək haqqı, emek haqqi, vəzifə maaşları, ,Tarif Cədvəli əmək haqları emek haqlari əmək haqları emek haqqi saathesabı əmək haqqı Əmək pensiyaları emek pensiyalari“Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 19 sentyabr
tarixli 415 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil
edilməsi, reyestrin aparılması və ondan istifadə
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müəyyən edir.

1.2. Məşğul şəxslər barədə reyestrin (bundan sonra – reyestr) formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.3. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

1.4. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təmin edilir.

2. Məşğul şəxslər barədə məlumatların əldə olunması və reyestrə daxil edilməsi

2.1. Məşğul şəxslərə dair məlumatlar reyestrə Qanunun 4.4-cü maddəsinə uyğun olaraq aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

2.1.1. muzdla işləyənlər barədə – Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) məlumatları əsasında;

2.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə – həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.3. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə – Azərbaycan Respublikası Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.4. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

  1. reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1 (bir) ay müddətində;
  2. reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 (bir) ay müddətində;

2.1.5. ailə kəndli təsərrüfatının üzvləri barədə – onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.6. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə – onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə – onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;

2.1.8. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.9. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.10. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58- ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.

2.2. Bu Qaydanın 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci və 2.1.10-cu yarımbəndlərinə uyğun olaraq məlumatlar kağız və ya electron daşıyıcılarda müşayiət məktubu ilə Nazirliyə təqdim olunur və ya MEİS-də yaradılmış elektron pəncərədən giriş səlahiyyəti veriləcək məsul şəxslər tərəfindən daxil edilir.

3. Reyestrin aparılması

3.1. Qanunun 4.2-ci maddəsinə əsasən Nazirlik reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydanın 2-ci hissəsində göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.

3.2. Nazirlik reyestri “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun formada aparır.

3.3. Nazirlik reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparır, belə qeydlərin edilməsinə əsas olan sənədləri isə müvafiq sənədlər qovluğuna daxil edir və arxivləşdirilmənin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir.

3.4. Dövlət orqanları və digər qurumlar reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişiklikləri bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq 10 iş günü müddətində yeniləməlidirlər.

3.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

3.6. Reyestr vahid forma, metod və prinsiplər əsasında aparılır.

4. Reyestrdən istifadə

4.1. Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.

4.2. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.

4.3. Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.

Mənbə: cabmin.gov.az



error: Content is protected !!