fbpx

Məşğul şəxslər barədə məlumatların əldə olunması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Təcrübə müqaviləsi, vahid məlumat bazası, vergilərin geri qaytarılması, vergi, aksiz, əmək haqqı, emek haqqi, vəzifə maaşları, ,Tarif Cədvəli əmək haqları emek haqlari əmək haqları emek haqqi saathesabı əmək haqqı Əmək pensiyaları emek pensiyalari“Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 19 sentyabr
tarixli 415 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil
edilməsi, reyestrin aparılması və ondan istifadə
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müəyyən edir.

1.2. Məşğul şəxslər barədə reyestrin (bundan sonra – reyestr) formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.3. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

1.4. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təmin edilir.

2. Məşğul şəxslər barədə məlumatların əldə olunması və reyestrə daxil edilməsi

2.1. Məşğul şəxslərə dair məlumatlar reyestrə Qanunun 4.4-cü maddəsinə uyğun olaraq aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

2.1.1. muzdla işləyənlər barədə – Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) məlumatları əsasında;

2.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə – həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.3. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə – Azərbaycan Respublikası Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.4. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

  1. reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1 (bir) ay müddətində;
  2. reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 (bir) ay müddətində;

2.1.5. ailə kəndli təsərrüfatının üzvləri barədə – onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.6. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə – onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə – onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;

2.1.8. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.9. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.10. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58- ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.

2.2. Bu Qaydanın 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci və 2.1.10-cu yarımbəndlərinə uyğun olaraq məlumatlar kağız və ya electron daşıyıcılarda müşayiət məktubu ilə Nazirliyə təqdim olunur və ya MEİS-də yaradılmış elektron pəncərədən giriş səlahiyyəti veriləcək məsul şəxslər tərəfindən daxil edilir.

3. Reyestrin aparılması

3.1. Qanunun 4.2-ci maddəsinə əsasən Nazirlik reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydanın 2-ci hissəsində göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.

3.2. Nazirlik reyestri “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun formada aparır.

3.3. Nazirlik reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparır, belə qeydlərin edilməsinə əsas olan sənədləri isə müvafiq sənədlər qovluğuna daxil edir və arxivləşdirilmənin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir.

3.4. Dövlət orqanları və digər qurumlar reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişiklikləri bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq 10 iş günü müddətində yeniləməlidirlər.

3.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

3.6. Reyestr vahid forma, metod və prinsiplər əsasında aparılır.

4. Reyestrdən istifadə

4.1. Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.

4.2. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.

4.3. Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.

Mənbə: cabmin.gov.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!