Read More9
Read More9

Ştat cədvəlini nazirlik hazırlayacaq

posted in: Xəbər | 0

Məzuniyyət Əmək haqqı pensiyaBu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi seçə biləcəklər. (Ştat cədvəli)

Nazirliyin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov yeni sistem və onun üstünlükləri barəsində məlumat verib. O bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya Sistemində yaradılan “Məşğulluq” altsistemi modulunun əsas məqsədi işsiz vətəndaşların hər hansı çətinlik çəkmədən öz evlərindən belə bu sistemə müraciət edib, iş axtaran kimi qeydiyyata alınmasıdır: “İş üçün müraciət edən vətəndaşların işlə təmin olunması, onların iş yerləri haqqında məlumat əldə edə bilməsi üçün “Məşğulluq” sistemi içərisində “Vakansiya bazası” yaradılıb. Qeyd edim ki, bütün işəgötürənlər elektron informasiya sistemdə qeydiyyatdadırlar. İşəgötürənlərlə yanaşı, onlarda muzdla işləyən bütün işçilər həmin sistemdə qeydiyyatdadırlar. Mövcud sistem “Məşğulluq” altsistemi ilə inteqrasiya olunacaq və bu vasitə ilə vakansiya bankı yaradılacaq. Vakansiya bankında bilavasitə işəgötürənlər üçün sistem vasitəsilə ştat cədvəli yaradılacaq. Ştat cədvəlinə uyğun hər bir işçi qüvvəsinin işdən çıxması, işə yeni adamın qəbul olunması haqqında məlumatlar vakansiya bankına daxil olacaq. Bütün iş axtaran vətəndaşların həmin məşğulluq altsistemi vasitəsilə elektron kabinetləri olacaq”.

İsa Həsənov bildirib ki, işsiz vətəndaşların vakansiya bankına çıxışları olacaq:

– “Vətəndaşlar həmin bankdan öz təcrübəsinə, peşəsinə uyğun iş yerinə iddia edəcəklər və işlə təmin olunmaq imkanı qazanacaqlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, özəl və ya dövlət olmasına baxmayaraq, bütün işəgötürənlər prosesdə iştirak edəcəklər və vakansiya bankına onlarda olan boş iş yerləri haqqında məlumatları yerləşdirəcəklər: “Nazirlikdə prosesə nəzarət sistemi yaradılacaq. Hər bir vakant iş yeri haqqında məlumatlar, o cümlədən həmin iş yerlərinə iddia edən vətəndaşların sonrakı aqibəti – işə qəbul olunub-olunmadığı və digər məsələlərə nəzarət olunacaq. İşəgötürən vətəndaşı işə qəbul etmədiyi təqdirdə bununla bağlı əsaslandırılmış səbəb yazmalıdır. Prezident İlham Əliyevin yeni sərəncamı olub. Boş iş yerlərinə vətəndaşı səbəbsiz yerə işə götürməyənlər, buna əməl etməyənlərə qarşı cərimələr nəzərdə tutulub və cərimənin də miqdarı xeyli çoxdur”.

İ.Həsənov onu da qeyd edib ki, sistem bu ilin sonundan başlayaraq fəaliyyət göstərəcək: “Məşğulluq” altsistemi oktyabr ayından iş axtaranlar üçün açıq olacaq. İlin sonuna isə vakansiya bankı yaradılacaq və vətəndaşlar üçün açıq olacaq”.

Qeyd edək ki, bu sahədəki bütün xidmətlər ödənişsiz olacaq.

Sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı azalıb

posted in: Xəbər | 0

sosial sığorta haqqıVergilər Nazirliyinin Tədris Mərkəzində “Sosial sığorta haqlarının yığımı üzrə görülmüş işlər və mövcud vəziyyət, problemlər” mövzusunda konfrans keçirilib. (işsizlik sığortası vergi ödəyiciləri)

Tədbirdə Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış edərək dövlət sosial sığorta haqlarının yığımı sahəsində Vergilər Nazirliyi tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə məlumat verib və cari ilin ikinci yarımilliyində bu sahədə qarşıda duran əsas məsələlər barədə danışıb.

Qeyd edilib ki, aparılmış işlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqları üzrə proqnozlar artıqlaması ilə icra edilib. Məcburi dövlət sosial sığorta haqları üzrə nəzərdə tutulandan 7 faiz, işsizlikdən sığorta haqları üzrə 6,7 faiz artıq vəsait daxil olub. Eyni zamanda, sosial sığorta və işsizlik sığortası üzrə borcu olan vergi ödəyicilərinin sayı və borcun ümumi məbləği ilin əvvəli ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə birlikdə «inteqrasiya» prosesləri üzrə müəyyən edilmiş Tədbirlər Planı üzrə işlərin icra vəziyyəti nəzərdən keçirilib. Gələcək dövrlərdə qarşıya qoyulmuş vəzifələrin icrasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tədbirdə iştirak edən məruzəçiləri tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, MDSS haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyasını tətbiq etmək və digər məsələlərlə bağlı tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Tədbirdə dövlət sosial sığorta haqlarının yığımı sahəsində mövcud çətinliklər ətraflı müzakirə edilib. Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair, vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı vergi ödəyicilərindən hesabatların qəbulu və s. bağlı vergi orqanlarının rastlaşdıqları məsələlər təhlil edilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işsizlik sığortası, vergi ödəyiciləri

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin sayı artıb

posted in: Vergi, Xəbər | 0

“Əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı az idi. Əgər əvvəl bu onlarla ölçülürdüsə, indi minlərlədir”. (vergi borcu)

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov son illər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayının açıqlanmaması məsələsinə aydınlıq gətirərkən deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür:

“Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”.

Nazir müavini ABŞ və Avropanın bir sıra ölkələrində olduğu kimi vergidən yayınmaya görə, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: “ABŞ yaxud Avropanın vergi inzibatçılığının tarixi arasında kəskin fərq var. Bizim vergi inzibatçılığımız 1991-ci ildən başlayır. Çox kəskin addımlar atmaq olmaz. Diktatura metodu ilə getmək lazım deyil. Beyinlərdə dəyişiklik etmək lazımdır. İnsanlar artıq bunu başa düşməlidir”.



S. Ələkbərov Baltikyanı ölkələrdə bu sahədə irəliləyişin olmasının səbəblərini də açıqlayıb: “2011-ci ildə tədbirlərin birində mən Estoniyanın Vergi və Gömrük Administrasiyasının rəhbərindən soruşdum ki, “Siz nağdsız ödənişlərə keçmişiniz. Biz də bu istiqamətdə ciddi addımlar atmaq niyətindəyik. Mənə izah edin görüm, siz hansı addımları atdınız, nə etdiniz?” Gördüm sualı başa düşmədi. Təzədən bir də izah etdim. Qayıtdı ki, “biz nə etməliyik axı?! Nağdsız ödənişlərə keçməklə bağlı qanun qəbul olundu və heç bir problem olmadı”. Bu gün Estoniyada nağd ödənişlərin həcmi ən aşağı həcmdədir. Çünki bu artıq insanların şüuruna işləyib. Amma biz yüz dəfə deyirik ki, “nə olar, siz Allah bunu eləyin. Bu lazımdır, sizə sərf edir. Digər məsələ də var ki, onlar SSRİ-nin tərkibində cəmi 40 il qalıblar. Əvvəllər isə Avropada olublar. Bu da hamısına təsir edir. Bizdə də bunun üçün zaman lazımdır. Həddindən artıq [vergi hüquqpozmalarına qarşı cəza tədbirlərini] sürətləndirmək fəlakətə gətirib çıxarır”.

Mənbə: report.az


Bax: Azərbaycanda bu şəxslərin pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib

Azərbaycanda bu şəxslərin pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib

posted in: Xəbər | 0

əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıAzərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti.

Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir. Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub. (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Mənbə: report.az



error: Content is protected !!