Vergi məcəlləsinin 164-cü maddəsində dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (vergi məcəlləsi, vergi mecellesi)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008,

№ 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146,

№ 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1551-VQD nömrəli, 9 aprel tarixli 1559-VQD və 1562-VQD nömrəli, 3 may tarixli 1575-VQD və 1584-VQD nömrəli qanunları) 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi,vergi məcəlləsi, vergi mecellesi, vergi mecellesi

Vakansiya: Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib VakansiyaVakansiya: Baş mühasib.

İşəgötürən: ISLAMOGLU Un Məmulatları.

Şəhər: Bakı

Yaş: 28 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Samir bəy

Telefon: (012) 450-64-13

E-mail: /

Əmək haqqı: 800 – 1000 AZN

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– İstehsal olunan malların maya dəyərinin hesablanması
– Aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə; 09:00-dan 18:00-dək; bazar – istirahət

Namizədə tələblər

– Təhsili: ali (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– İş təcürbəsi: 5 ildən çox
– Yaş həddi: 28-45
– Ailə vəziyyəti: evli
– Yaşayış ünvanı: Bakı şəhəri
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək, 1C-8.3 bilmək

Yalnız CV göndərən namizədlər dəyərləndiriləcək. /

Mənbə: finstaff.az

Bu məhsulun satışı ƏDV-dən azad edilib

posted in: Vergi, Xəbər | 0

Podratçı, əmək məcəlləsi, emek mecellesi, emek pensiyasi, Əmək pensiyası, vergilər nazirliyi struktur Dövlət rüsumuPrezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. (ƏDV, EDV)

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilib.

Başqa sözlə, Məcəlləyə edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilib.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
məhsulun satışı, ƏDV, EDV

Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib

posted in: Vergi, Xəbər | 0

vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyi “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış forması və “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın tərtib edilməsi qaydasını təsdiq edib. (Cari vergi ödəmələri)

Nazirlikdən verilən məlumata görə, bununla da Vergilər nazirinin 16 aprel 2019-cu il tarixli əmri ilə təsdiq olunmuş arayış forması və qaydalar ləğv edilib. Yeni qaydalar və arayış forması cari ilin oktyabrın 1-dən qüvvəyə minəcək.

“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib olunmaqla təqdim edilir. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına arayış təqdim edilmir.

Qaydaya əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. VM 151.2-ci maddəsində nəzərdə tutulmuş metodda isə vergi ödəmələrinin məbləği bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsindəki metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda, vergi orqanı birinci metodu tətbiq edir. Həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılan və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

– mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır;

– cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır;
– rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələri aparılmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə arayış vergi orqanına təqdim edilməlidir;
– sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir.



Qaydaya görə, cari vergi ödəmələri Vergi Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilən müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir. Bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Arayışda onun təqdim edildiyi vergi orqanının adı, vergi ödəyicisinin VÖEN-i, tam adı, seçdiyi metodun növü, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bölgü meyarlarına uyğun olaraq hansı sahibkarlıq subyektinə aid olduğu və vergi dövrü (arayışın hansı hesabat rübünə aid olmasından asılı olaraq müvafiq rüb və il yazılır) göstərilməlidir.

Yeni qaydada cari vergi ödəmələrinin hesablanması üsulları da yer alıb. Belə ki, arayışın 290, 291, 292, 293, 294 və 295 kodu sətirləri Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən vergi hesablayan mənfəət və gəlir vergisinin ödəyiciləri tərəfindən doldurulur.

Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəşt tətbiq edilir və onlara cari vergi ödəməsinin 25 faizi həcmində cari vergi hesablanaraq arayışın 295 kodlu sətrində əks etdirilir.

VM 151.2-ci maddəsinə uyğun hesablama aparılan zaman hər rüb üzrə verilən arayışda artan yekunla vergi ödəyicisinin dövriyyəsi 200 000 manatdan çox olduğu vaxtdan vergi ödəyicisi mikro sahibkarlıq subyekti üçün nəzərdə tutulan vergi güzəşti hüququnu itirir.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, vergi hesablayan ödəyicilər isə arayışın 296, 297 və 298 kodlu sətirlərini doldururlar.

Arayışın 296 kodlu “Hesabat ili üzrə artan yekunla mənfəətin (vergiyə cəlb edilən gəlirin) həcmi” sətrində təqvim ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan mənfəətin və ya gəlirinin məbləği, 297 kodlu “Cari vergi ödəməsinin həcmi” sətrində Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə (cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla) uyğun olaraq hesablanmış cari vergi ödəməsinin məbləği yazılır.

Mikro sahibkarlıq subyekti olan mənfəət və ya gəlir vergisinin ödəyiciləri isə Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən əldə etdikləri mənfəət və ya vergiyə cəlb olunan gəlirinə 75 faiz güzəşt tətbiq etməklə cari vergi ödəməsini 25 faizi həcmində hesablayaraq arayışın 298 kodlu sətrində əks etdirə bilərlər.

Qaydalara görə, arayışın “Vergi ödəyicilərinin məsuliyyəti” hissəsində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və arayışı tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla onlar tərəfindən imzalanır. Arayış rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra möhürün aşağı hissəsində olan sənədin tərtib edilmə tarixi qeyd olunmalıdır

Arayışı auditor (agent) tərtib etdikdə sağ tərəfdə aşağı küncdə onun soyadı, adı və atasının adı yazılmaqla imzalanır, “auditorun (agentin) VÖEN” xanalarında VÖEN göstərilir və dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir.

Vergi orqanı tərəfindən arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində daxil olma tarixi və qeydiyyat nömrəsi göstərilir. Arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağıdakı bəyannaməni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazmaqla imzalanır.

Arayış poçt vasitəsilə göndərildikdə zərfin üzərinə vurulan poçt ştempelinin tarixi müvafiq xanaya qeyd edilir. Arayış vergi ödəyicisi tərəfindən birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. İnternet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.

Mənbə: report.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Cari vergi ödəmələri