2019-cu ilin yanvar-iyun aylarında əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində görülən tədbirlər

posted in: Xəbər | 0

əmək şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşdırılması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.

Bu güzəştin tətbiqi, ilk növbədə, ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, 6 ay üzrə vergi güzəştinin tətbiqindən bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib. Cari ilin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Əvvəlki illərdə bu məbləğ vergi şəklində dövlət büdcəsinə ödənilirdi.

Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki. Bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Cari ilin 6 ayında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub.

Eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına da təsir göstərib.

Bütün bu proseslər nəticəsində cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla, 21,4 faiz artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5 faiz yüksəlib. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib. Artımlar nəticəsində son illərdə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin həcmi azaldılıb.

Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib. Proqnoz 112,5 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 faiz artıb, proqnoz 116,3 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 115,6 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60,3 faiz artıb, proqnoz 121,2 faiz icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu ümumilikdə 365 milyon manat artırılıb. Özəl bölmənin qeyri-neft sektorunda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi gözlənilir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək münasibətləri

Vergilər Nazirliyinin baş idarələrinin rəisləri məlum olub

posted in: Vergi, Xəbər | 0

vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıPrezident İlham Əliyevin 24 iyul tarixli sərəncamları ilə Vergilər Nazirliyinin departamentləri əsasında yaradılmış baş idarələrin rəisləri məlum olub.

Mövcud departamentlər əsasında yaradılmış Vergilər Nazirliyinin strukturuna daxil olan baş idarələrin rəhbərləri dəyişməyib.

VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmuş Xəqani İsgəndərov bu departamentin əsasında yaradılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi rəisi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olmuş Elçin Yusubov bu departament əsasında təşkil olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru olmuş Azər Məmmədov bu departament əsasında təşkil olunmuş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təsdiq ediliblər.

VN yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş vergilər nazirinin müşaviri Orxan Nəzərli Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini də müvəqqəti icra edəcək. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş baş direktorun birinci müavini Səbuhi Hüseynov Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin rəis müavini vəzifəsinə təsdiqlənib və İdarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Yeni yaradılmış VN yanında Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin adı isə nazirliyin saytında baş idarələr siyahısında yer alsa da, hələ ki, rəisi və idarə ilə əlaqə nömrələri əksini tapmayıb.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər

Satınalmalara dair qanunvericiliyin pozulmasına görə yeni cərimə müəyyən edilib

posted in: Xəbər | 0

Xətalar“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasına görə yeni cərimə müəyyənləşib. (Satınalmalar)

Bu, Prezident İlham Əliyevin 9 avqust tarixində tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Beləliklə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Satınalmalar

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

posted in: Xəbər | 0

                         İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır? (emek haqlari)

emek haqqi saathesabı əmək haqqı Əmək pensiyaları emek pensiyalariMəlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib. Bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaqdır.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq,  dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqları, emek haqlari, Vahid Tarif Cədvəli