Obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntuları aşkarlanıb

posted in: Xəbər | 0

departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramları“Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai iaşə və xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi istehlakçılarda ciddi narazılıqlar doğurur. Bu cür hallarla rastlaşan vətəndaşların Vergilər Nazirliyinə müraciətlərinin sayı gündən-günə artır. Cari ilin əvvəlindən vergi ödəyiciləri üçün güzəştlərin və azadolmaların tətbiq edildiyi, sahibkarlıq obyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün geniş imkanlar yaradıldığı bir şəraitdə onların büdcə vəsaitlərinin formalaşmasında iştirakı da şəffaf olmalıdır”. (NKA-dan istifadə)

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib:

“Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil. Bir çox sahibkar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər. Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər. Vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır: çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcək”.

Vergilər Nazirliyi istehlakçıların da nəzərinə çatdırır ki, onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər:

“Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur.

Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş çekləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğlərdə cərimələrlə, maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə onun maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğlərdən qat-qat azdır.

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
NKA, NKA-dan istifadə, NKA-dan istifadə

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3 faizə çatıb

posted in: Xəbər | 0

elektron qaimə-faktura2019-cu ilin altı ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində e-qaimə faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7 faiz artaraq 61,3 faizə çatıb. (qaime)

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, ticarət sektorunda dövriyyə 22 faiz, o cümlədən pərakəndə ticarətdə 35 faiz, ictimai iaşədə isə 26 faiz artıb.

Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65 faizdən 78 faizə yüksəlib. Təkcə topdansatış ticarətdə isə 65 faizdən 82 faizə qalxıb.

Həmçinin bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6 faiz, o cümlədən ticarətdə 43,4 faiz, pərakəndə ticarətdə 50,2 faiz, topdansatış ticarətdə 41,8 faiz, rabitədə 23,7 faiz, qeyri-neft istehsal sahəsində 30 faiz, kənd təsərrüfatında 91,4 faiz, xidmət sektorunda isə 20,8 faiz təşkil edib.

Mənbə: azertag.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimə faktura, qaime

Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq

posted in: Vergi, Xəbər | 0

Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq

mənfəətQeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya üzrə işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

İlin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.

Mənbə: azertag.az

Bax: ƏDV ödəyicilərinin sayında 40% artım olub

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəşti

ƏDV ödəyicilərinin sayında 40% artım olub

posted in: Vergi, Xəbər | 0

 ƏDV ödəyiciləriİqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari il iyunun sonuna 52,9 faizə enib. (ƏDV ödəyiciləri, EDV)

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu, şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Qeyd olunub ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən Əlavə Dəyər Vergisi ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir.

Belə ki, cari il iyulun 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyiciləri, EDV