Azərbaycanda nizamnamə kapitalı 2 milyon manat olan şirkət yaradılıb

posted in: Xəbər | 0

Azərbaycanda nizamnamə kapitalı 2 milyon manat olan şirkət yaradılıb

Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarVergilər Nazirliyi “Bakı Tekstil Sənaye Fabriki” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 11/5, nizamnamə kapitalı 2 milyon manat, qanuni təmsilçisi isə Emin Ələkbər oğlu Şirinovdur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Nizamnamə kapitalı, şirkət

Daşınmaz əmlakın icarə haqqının bazar qiymətinə uyğun hesablanması

posted in: Xəbər | 0

daşınmaz əmlakBu, şəxsin mülkiyyət hüququnu və müqavilə azadlığını pozurmu? Daşınmaz əmlak ilə bağlı icarə münasibətləri zamanı bəzən icarəyəverən və icarəçi şəxslər yaxın qohumluq və digər asılılıq münasibətlərindən istifadə edərək, real icarə haqqı məbləğlərini müqavilələrdə əks etdirmir. Bununla bağlı hər iki tərəfin qarşılıqlı razılığa gəldiyinə əsaslanılır, beləliklə, icarə haqqından tutulmalı olan gəlir vergisi büdcədən yayındırılır. (bazar)

Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev məsələni şərh edərək bildirib ki, bu hal uzun zaman praktikada mübahisələr yaratmışdır. Tərəflərin müqavilə azadlığı prinsipi məhkəmələr tərəfindən mübahisələrin həllində əsas yanaşma olduğu üçün vergi orqanlarının əleyhinə qərarlar çıxarılmışdır. Nəhayət, qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Konstitusiya Məhkəməsi tərəfindən icarə müqaviləsindəki icarə haqqına bazar qiymətinin tətbiqinin mümkün olub-olmamasının Vergi Məcəlləsinin 14, 67 və 124-cü maddələri və Mülki Məcəllənin 152.1, 390.1, 390.5 və 390.6-cı maddələri baxımından şərhi verilmişdir.

Məhkəmənin mövqeyinə görə, qanunverici, müqavilə azadlığını təsbit edərkən, mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Bunun əksi sübut edilmədiyi halda isə hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biri kimi qəbul edilir.

Bunun əksinin, yəni hüquqdan sui-istifadə halının sübuta yetirilməsi isə vergi orqanlarının üzərinə düşür. Bu hal sənədlərlə sübut olunduqda daşınmaz əmlakın icarə haqqı məbləği bazar qiyməti nəzərə alınmaqla hesablana bilər. Bu qaydada aparılan hesablama həm vergi ödəyicisinin Konstitusiyanın 73-cü maddəsi ilə müəyyən edilmiş öhdəliyinin icrasının təmin olunmasına xidmət edir, həm də Konstitusiyanın 60-cı maddəsinə əsasən vergi orqanlarının hərəkətləri qanunsuz və əsassız olduqda, qeyd olunanları məhkəmə qaydasında sübut etmək imkanı yaradır.

Nəticə olaraq, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daşınmaz əmlak, bazar

Nəzarət-kassa aparatlarının istismarı Qaydaları təsdiq edilib

posted in: Xəbər | 0

Kommersiya idxal gömrük rüsumu məhsullar aksiz vergisi elektron mühasibatlıq vergi gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumları“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                  Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Nəzarət-kassa aparatlarının istismarı Qaydaları

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Payın alğı-satqısından əldə olunan gəlirə görə vergi azadolmaları

posted in: Xəbər | 0

azad ticarət Vergi güzəştiVergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir, həmçinin mənfəət vergisindən azaddır. (vergi azadolmaları)

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt payın və ya səhmin azı 3 il ərzində şəxsin mülkiyyətində olması müəyyən olunub.

Belə ki, payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcək.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi azadolmaları