Read More9
Read More9

Turpaketlərdən əldə edilən gəlirdən verginin tutulması

posted in: Vergi, Xəbər | 0

Mövsümlə əlaqədar olaraq, turizm şirkətlərinin fəaliyyətində xeyli canlanma yaranıb. Onlar xarici ölkə vətəndaşlarına turpaketlər təklif edir, eyni zamanda qonşu ölkələrə turist səfərləri təşkil edirlər. Bəs bu zaman həmin şirkətlərin vergi öhdəlikləri necə hesablanır?

Bununla bağlı redaksiyamıza daxil olan müraciətdə konkret məqamlar da qeyd edilib. Məsələn, turizm şirkəti Hindistanda yaşayan Hindistan vətandaşına 5 gün Azərbaycanda, daha sonra 4 gün Gürcüstanda, daha sonra isə 5 gün Türkiyədə olmaqla turpaket satır. Həmin şəxs turpaketin ümumi dəyəri olan 4.000 manat məbləği Hindistandan birbaşa “A” MMC-nin Azərbaycandakı hesabına ödəyir. MMC isə ödənilən məbləğdən turun digər hissələri olan Gürcüstan və Türkiyə otellərində gecələmək üçün həmin ölkələrdə ümumilikdə 2.800 manat məbləğində ödəniş edir. Bu zaman “A” MMC turun digər ölkələrdə ödənilən 2.800 manat məbləğdən nə qədər vergi (ƏDV, yoxsa gəlir vergisi) ödəməlidir?

Suala Vergilər Nazirliyinin rəsmiləri aydınlıq gətiriblər. Bildirilib ki, sorğuda qeyd olunan turizm fəaliyyətindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Bildirilir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi tutulan əməliyyatın dəyəri isə vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Bu baxımdan da istər rezident şəxslərdən, istərsə də qeyri-rezident şəxslərdən göstərilən xidmətlərin müqabilində əldə olunacaq tam məbləğ ƏDV-yə cəlb edilməlidir. Yuxarıda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunmuş gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyi üçün həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Məcəllənin 104.2-ci bəndinə görə, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Qeyd: Yuxarıda qeyd olunan sorğu ilə bağlı Vergi Məcəlləsinin 125-ci, 159-cu, 169-cu maddələri də tətbiq edilir.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

iş stajının hesablanması vakansiya mühasibVakansiya: Mühasib.

İşəgötürən: Pera Plastik Qrup MMC.

Şəhər: Bakı

Yaş: 25 – 50 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Ceyran xanım

Telefon: (012) 448-02-14 / (012) 448-02-15

E-mail: /

Əmək haqqı: 600 – 700 AZN

Vakansiya barədə məlumat

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək.
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Bank əməliyyatlarının aparılması.
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.
– İş qrafiki: 09:00-18:00
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)

Namizədə tələblər

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli.
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
– Ali iqtisadi təhsil Xanım
– Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uygun olmayan CV–e baxilmayacaq).
Başlanğıc əmək haqqı-600 manat

Mənbə: finstaff.az

Hüquqi şəxslərin işçiləri üçün Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xəbər | 0

Asan İmza daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (hüquqi şəxslərin işçiləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

– şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

 – notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş hüquqi şəxsin işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer: Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, “BTB ASC-ləri.

Müraciəti emal edən struktur vahidi: Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-lər.

İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

 – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Asan imza Simkartı

Kim e-kassa operatoru ola bilər?

posted in: Xəbər | 0

İqtisadiyyatE-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Vergilər Nazirliyində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.

E-kassa operatorunun fəaliyyətini yerinə yetirmək niyyətində olan hüquqi şəxs üçün aşağıdakı əsas tələblər müəyyən edilmişdir:

– Bank hesabına malik olmalı;

– E-kassa istehsalçısı tərəfindən həmin e-kassaya servis texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 1 nəfər əməkdaşı olmalı;

– E-kassaya servis-texniki xidmət göstərilməsi üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş ən azı 1 (bir) filial və ya məntəqəsi olmalı;

– E-kassaların əldə edilməsini təsdiq edən sənəd olmalı;

– Dövlət büdcəsinə vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalı.

Elektron kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin yuxarıda qeyd edilən tələblərə uyğunluğu 2 gün müddətində yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq üçün elektron kassa modelinin bir nümunəsinin və sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilən sənədlərin komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.

E-kassa operatorunun hüquq və vəzifələri

Elektron kassa operatorlarının aşağıdakı əsas hüquqları var: müvafiq meyarlara və sahələrarası ekspert komissiyasının müəyyən etdiyi texniki tələblərə cavab verən e-kassanın istehsalını, idxalını təşkil etmək və ya e-kassanı qanunla müəyyən olunmuş digər qaydada əldə etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi e-kassa modellərini dövlət reyestrinə daxil edilməsini təmin etmək və onların sertifikatlaşdırılmasında və texniki sınağında iştirak etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi elektron kassa istismarı haqqında məlumatları toplamaq, ümumiləşdirilmiş məlumatı komissiyaya təqdim etmək; qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Elektron kassa operatorlarının vəzifələri portalın “Elektron kassa operatorları” alt-menyusunda təqdim olunmuşdur.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!