Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsinə dair meyarlar dəyişib

posted in: Xəbər | 0

idxal gömrük rüsumu məhsullar aksiz vergisi elektron mühasibatlıq vergi gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıNazirlər Kabineti “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

İndiyə qədər kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 120 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 300 milyon manatdan az olmamalı idi.

Dəyişikliyə əsasən, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəlir və balansın yekun məbləğinə dair göstərici artırılır. Hesabat ili ərzində işçilərin orta hesabla sayı isə dəyişmir. Başqa sözlə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün illik gəliri 180 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 450 milyon manatdan az olmamalıdır.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kommersiya

6 ayda icmal büdcəsinə cari daxilolma 4,9 milyard manat olub

posted in: Xəbər | 0

ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarAltı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib.

Bu barədə Vergilər naziri Mikayıl Cabbarov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

“Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir”, – deyə nazir bildirib.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
daxilolma

Azərbaycanın qiymətli kağızlar bazarında yeni hesablaşma modelinin tətbiqinə başlanılıb

posted in: Xəbər | 0

Azərbaycanın qiymətli kağızlar bazarında yeni hesablaşma modelinin tətbiqinə başlanılıb

qiymətli kağızlar

Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent modeli”nin tətbiqinə başlanılıb.

Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verilir ki, yeniliyin məqsədi klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə kapital bazarının daha da inkişaf etdirilməsidir.

Yeni modelə əsasən qiymətli kağızlar bazarında pul hesablaşmalarını banklar həyata keçirməyə başlayır. Qiymətli kağızlar üzrə hesablaşmaları isə yenə də MDM aparır. Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, qarantiya mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma (DVP) mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.

Bunlarla yanaşı, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir.

Bu da öz növbəsində xarici investorların yerli bazara cəlb edilməsi, onların bazarda iştirakının təşviq edilməsi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” bu il mayın 27-də MDM, Azərbaycan Mərkəzi Bankı, “Azər Türk Bank”, “PAŞA Bank” və “Xalq Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC və ölkədə fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qiymətli kağızlar

Elektron qaimə-fakturanın əldə edilməsi

posted in: Xəbər | 0

Elektron qaimə-fakturanın əldə edilməsi

elektron qaimə-faktura

Elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə olunmaqla oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb olunmalıdır.

Vergi Məcəlləsinn 58.13.-cü maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunmasına görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna görə də sahibkarlara tövsiyə olunur ki, fəaliyyətlərində risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaları üçün mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunması hallarına yol verməsinlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Elektron qaimə-faktura