Azərbaycanda vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb

posted in: Vergi, Xəbər | 0

Vergi dəyişiklikləri RəqəmsalAzərbaycanda vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1%-ə çatıb. Bu, 2018-ci ildəki 65,8%-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3% təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1%-ni artıq icra etmişik. (vergi daxilolmaları)

Bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Azərbaycanın Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib: “Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıb. Bu da ölkədə həyata keçirilən vergi güzəşti islahatının birbaşa nəticəsidir. Vətəndaşlarımızın sərəncamında yalnız bu vergi güzəştindən qalan məbləğ 6 ay ərzində 150 mln. manat təşkil edib, hansı ki, əvvəlki illərdə vergi qismində ödənilirdi. Bu proses davam edir. Bu günə olan rəqəmlər də onu göstərir ki, iyul ayında da bu proses eyni sürətlə davam edir. Aktiv obyektlərin sayında artım müşahidə edirik – 14% aktiv, əlavə dəyər vergiödəyicilərinin sayında isə 40% artım müşahidə edirik”.

Mikayıl Cabbarov onu da bildirib ki, 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb: “Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq. Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq artımını nəzərinizə çatdırmaq istəyirəm. Bir il ərzində 49% artıb, ilin əvvəlindən isə 20%. Bu da, hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi daxilolmaları qeyri-neft

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 166.1-ci maddəsi əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtı müəyyənləşdirir. Belə ki, bu maddəyə əsasən, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, əgər Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat bu maddələrdə nəzərdə tutulan vaxtlarda aparılmış sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (EDV)

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən etməkdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi tutulan əməliyyatın vaxtının müəyyənləşdirilməsində ilk addım olaraq həmin əməliyyat üçün ödəmənin 30 gün müddətində həyata keçirilməsini yoxlayırıq. İkinci: əgər ödəmə 30 gün ərzində həyata keçirilibsə, o zaman vergi tutulan əməliyyatın vaxtı kimi ödəmənin həyata keçirildiyi tarix götürülür.

Ödəmə 30 gündən sonra həyata keçirildikdə isə elektron vergi hesab-fakturasının verildiyi vaxta baxırıq. Malların göndərildiyi və işlərin görüldüyü vaxtdan 5 gün ərzində elektron vergi hesab-fakturası verildikdə vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi tarix götürülür. Üçüncü: malların göndərildiyi və işlərin görüldüyü vaxtdan 5 gün ərzində elektron vergi hesab-fakturası verilmədikdə vergi tutulan əməliyyatın vaxtı malların təqdim edildiyi və işlərin görüldüyü tarix, malların göndərilməsi onların daşınmasını nəzərdə tutduqda isə daşınmanın başlandığı tarix götürülür.

Misal 1: ƏDV ödəyicisi olan “A” firması mart ayının 16-da alıcı “B” firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş, mart ayının 19-da isə ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə aprel ayının 10-da “A” firmasına 10.000 manat ödənilmişdir. Bu halda elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gün ərzində verilməsinə baxmayaraq, birinci göndərilmiş malın dəyərinin 30 gün ərzində ödənilib-ödənilmədiyinə baxılır. Malın dəyəri 30 gün içində ödənildiyi üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt malın dəyərinin ödənildiyi tarix, yəni aprel ayının 10-u hesab olunur və “A” firması, satılan 10.000 manatlıq malın dövriyyəsi aprel ayının ƏDV bəyannaməsində göstərilməklə, aprel ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Misal 2: ƏDV ödəyicisi olan “A” firması may ayının 30-da alıcı “B” firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş və iyun ayının 3-də, yəni 5 gün içində ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə iyul ayının 6-da, yəni 30 gündən sonra “A” firmasına 10.000 manat ödəniş edilmişdir. Bu halda malın dəyəri 30 gündən sonra ödənildiyi üçün ikinci elektron vergi hesab-fakturasının verildiyi tarixə baxılır. Elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gün ərzində verildiyindən, vergi tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturasının təqdim edildiyi tarix, yəni iyun ayının 3-ü hesab olunur və “A” firması, satılan 10.000 manatlıq malın dövriyyəsi iyun ayının ƏDV bəyannaməsində göstərilməklə, iyun ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Misal 3: ƏDV ödəyicisi olan “A” firması iyul ayının 30-da alıcı “B” firmasına 10.000 manatlıq (ƏDV-siz) mal göndərmiş və avqust ayının 6-da, yəni 5 gündən sonra ona elektron vergi hesab-fakturası təqdim etmişdir. Göndərilmiş mala görə sentyabr ayının 6-da, yəni 30 gündən sonra “A” firmasına 10.000 manat ödəniş edilmişdir. Bu halda birinci malın dəyəri 30 gündən sonra ödənildiyi və ikinci elektron vergi hesab-fakturası malın təqdim edildiyi vaxtdan 5 gündən sonra verildiyi üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt üçüncü hal olan alıcıya malın göndərildiyi tarix, yəni iyul ayının 30-u hesab olunur və satılan 10.000 manatlıq malların dövriyyəsi iyul ayının ƏDV bəyannaməsində göstərilməklə “A” firması iyul ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV, EDV EDV

Vakansiya: Mühasib köməkçisi tələb olunur

posted in: Mühasib, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib köməkçisi

İşəgötürən: Moon Group MMC

Şəhər: Bakı

Yaş: 22 – 35 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Quliyev Ruslan

Telefon: (012) 440-22-11

E-mail: /

Əmək haqqı: 400 – 500 AZN

Vakansiya barədə məlumat

– Ümumi mühasibatlıq sənədlərinin hazırlaması
– Əmək Müqavilələrinin bağlanılması və Portalda qeydiyyatı
– Bank, Kassa, Əmək haqqı və digər sənədlərin 1C proqramına daxil edilməsi
– İnvoice və müqavilələrin hazırlanması
– Bank əməliyyatlarının aparılması
– Ünvan: Nəsimi r-nu, 28 may metrosunun yaxınlığında, Mikayıl Rəfili 39
– İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Yalnız xanım namizədlər tələb olunur
– Yaş həddi: 22-35
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office, 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Mühasibat uçotu üzrə biliklər
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

Uyğun kadrlar şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasib köməkçisi

2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar2019-cu ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ
 
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr 
  • 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. 
İyul ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
– Əlavə dəyər vergisinin bəyannaməsi,
– Aksiz bəyannaməsi, 
– Yol vergisinin bəyannaməsi,
– Mədən vergisinin bəyannaməsi, 
– Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və 
– Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir). 
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin iyul ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin avqust ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Qeyd:  20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.