Read More9
Read More9

Bakıda işçilərin orta aylıq nominal əmək haqqı artıb

posted in: Uncategorized | 0

əməkhaqqının artımıBakı Şəhər Statistika İdarəsi işçilərin orta aylıq əmək haqları ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-may aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əmək haqqı 3,9 faiz artaraq 821,4 manat olub. (emek haqqi)

Qeyd olunur ki, bu dövr ərzində ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsinə yeni qaydalar tətbiq olunacaq

posted in: Xəbər | 0

vergiAvropa İttifaqı-Azərbaycan tvinninq layihəsinin təqdimatı keçirilib. Təqdimatda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Azərbaycanda təsdiq olunan kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində subsidiyaların yeni qaydalarla verilməsi kənd təsərrüfatında tətbiq edilən subsidiyaların vahid mexanizmlə verilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, burada elektron imkanların tətbiqi və fermerlərin birdən çox sahə üzrə subsidiya müraciətlərinin vahid mexanizm üzrə əhatə ediləcək:

“Eyni zamanda subsidiyaların əldə edilməsi üçün fermerlər tərəfindən xərclərin azalmasında müraciətlərin elektron sistem üzərindən operativ qaydada həyata keçirilməsi təmin olunacaq, o cümlədən onların sənədləşmə prosesinin artıq bir dəfə aparılması ilə prosesdə operativliyin təmin edilməsi ilə yanaşı, sənədləşmənin sadələşdirilməsi də əldə olunacaq”.

İlhamə Qədimova əlavə edib ki, yeni qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında baza məbləği 200 manat müəyyən edilib və yeni mexanizmə uyğun olaraq həmin baza məbləğinə tətbiq ediləcək bitkiçilik sahəsində subsidiyaların hesablanmasında yeni yanaşma tətbiq olunub: “Nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına subsidiya verilməsi üçün xidmət reqlamentləri hazırlanır. Bu qaydalar 2020-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Kənd təsərrüfatı subsidiya

Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb

posted in: Xəbər | 0

                                     Azərbaycanda nağdsız əməliyyatların həcmi kəskin artıb (nağdsız əməliyyatlar)

uçot dərəcəsi azərbaycan pul nişanları

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd. manat, sayı 25,378 mln. ədəd təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5,1% və 41,3% çoxdur.

Hökumət Ödəniş Portalı (HÖP) üzərindən hesabat dövründə həyata keçirilən əməliyyatların həcmi 1,412 mlrd. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln. manatı nağdsız qaydada həyata keçirilib. Bu göstərici 2018-ci ilin ilk yarısı ilə müqayisədə 3,4 dəfə artıb.

Bu ilin iyunun 30-na ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 mln. ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.

Hesabat dövründə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9,532 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.

İyunun 30-na Azərbaycan üzrə bankomatların sayı 2571 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1 373-ü Bakı şəhərində, 1 198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 396 ədəd olub ki, bunun da 25 747 ədədi təmassız POS-terminallardır. Ötən ilin analoji dövrü ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5 305 ədəd) artıb.

“Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək”, – deyə AMB-nin məlumatında deyilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
nağdsız əməliyyatlar
error: Content is protected !!