Read More9
Read More9

Ötən il dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizini ƏDV təşkil edib

posted in: Vergi, Xəbər | 0

EDV beyannamesi ƏDV bəyannaməsi Əlavə Dəyər Vergisi vergi öhdəliyiHesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir. Bu barədə danışan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir: (EDV)

“2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4 faizinitəşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir.

Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2 faizini, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2 faizini təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4 faizə enmiş, Komitənin payı isə artaraq 54,6 faizə yüksəlib”.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7 faiz, Komitə üzrə 32 faiz artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir”, – deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: vergiler.az

Həmçinin bax: Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ƏDV EDV

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

posted in: Vergi, Xəbər | 0

vergi Yaşayış sahələri SadələşdirilmişSual: Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış qeyri-yaşayış sahəsi açıq hərrac qaydasında təqdim edilərkən hərrac təşkilatı tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, açıq hərrac qaydasında təqdim olunmuş yaşayış və qeyri-yaşayış sahələrinə görə hərracın nəticələrini təsdiq edən təşkilatlar tərəfindən sadələşdirilmiş vergi tutulur. Lakin vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış yaşayış və qeyri-yaşayış sahələrinin açıq hərrac qaydasında təqdim edilməsindən vergi tutulmur.

Əsas: Vergi Məcəlləsi, 150.1.13-cü maddə

 

 

 

Azərbaycanda ƏDV-nin bu modelinin tətbiqi təklif olunur

posted in: Vergi, Xəbər | 0

Hesablama vergi sirri hesablama palatası vergi ödəmələri Ali Audit Qurumları memorandumHesablama Palatası Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçılıq modelinin tətbiqini təklif edir.

Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“ƏDV dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir və iqtisadi münasibətlərin inzibatçılığının təşkilində vacib alətdir. 2018-ci ildə ümumilikdə dövlət büdcəsinin vergi gəlirlərinin 45,4%-ni təşkil edən bu vergi növü üzrə inzibatçılıq iki qurum tərəfindən həyata keçirilir. Hesabat ilində ƏDV üzrə daxilolmanın xüsusi çəkisi Vergilər Nazirliyinin təmin etdiyi ümumi gəlirlərin 26,2%-ni, Dövlət Gömrük Komitəsinin təmin etdiyi ümumi gəlirlərin 68,2%-ni təşkil edib. 2018-ci ilin dövlət büdcəsinin bu vergi növü üzrə gəlirlərinin tərkibində Nazirliyin payı əvvəlki illərə nisbətən daha da azalaraq 45,4%-ə enmiş, Komitənin payı isə artaraq 54,6%-ə yüksəlib”, – V.Gülməmmədov bildirib.

Onun sözlərinə görə, hesabat ilində Nazirlik xətti ilə daxilolması təmin edilmiş ƏDV-in məbləği 2017-ci illə müqayisədə 2,7%, Komitə üzrə 32% artıb.

O, qeyd edib ki, son illərdə ölkə üzrə ÜDM-in, eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin yüksəlməsi kimi əlverişli makroiqtisadi amillər fonunda əsas kapitala yönəldilmiş investisiyaların və iqtisadiyyatın kreditləşdirilməsi həcminin səngiməsi müşayiət olunub.

“Bu baxımdan dövlət büdcəsinə təmin edilən ƏDV ilə bağlı qeyd olunan meyil idxal edilən aktivlərin kommersiya fəaliyyətində istifadə olunmasından yaranan gəlirlərin vergiyə cəlb edilməsi prosesində kifayət qədər risklərin mövcud olmasını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, Hesablama Palatası əlavə dəyər vergisinin beynəlxalq təcrübədə özünü doğrultmuş vahid inzibatçı lıq modelinin tətbiqini təklif edir”, – deyə Hesablama Palatasının sədri bildirib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ƏDV

Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb

posted in: Xəbər | 0

Əmək müqaviləsi xidməti müqavilə emekAzərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb. (Qeyri-formal məşğulluq)

Azərbaycan Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayı 101 min 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 ədəd olub.

Ə.Əhmədov xatırladıb ki, 2018-ci ildə bu göstərici 91 min 389 ədəd təşkil edib. Ümumilikdə, Komissiya yaranandan indiyədək, təxminən, 250 min əmək müqaviləsi artımı olub.

Komissiya sədrinin sözlərinə görə, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxslərin sayı ötən ilin əvvəli ilə müqayisədə 32 min 457 nəfər artaraq 361 min 1 nəfər, 2019-cu ilin 1 iyul tarixinə isə aktiv fiziki şəxslərin sayı 8 min 569 nəfər artaraq 369 min 570 nəfər təşkil edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Qeyri-formal məşğulluq
error: Content is protected !!