“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında (əmək haqqı, emek haqqi)
“Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 364) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissəsində “1 və 2 nömrəli əlavələrinə” sözləri “əlavəsinə” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərara 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilsin (əlavə olunur).
- Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 7 avqust
tarixli 345 nömrəli Qərarına
Əlavə
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə
çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 250 |
2 | 260 |
3 | 271 |
4 | 282 |
5 | 294 |
6 | 306 |
7 | 319 |
8 | 332 |
9 | 346 |
10 | 360 |
11 | 375 |
12 | 390 |
13 | 406 |
14 | 423 |
15 | 440 |
16 | 457 |
17 | 529 |
18 | 666 |
19 | 906 |
Aparatın rəhbəri vəzifəsini
icra edən Natiq Məmmədov
Leave a Reply