Read More9
Read More9

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

posted in: Xəbər | 0

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmənin yaradılması artıq zamanın tələbinə çevrilib: “Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli zamanı operativliyin təmin olunması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə ötən ilin dekabrında qanunvericiliyə əsaslı dəyişikliklər edilib, o cümlədən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada, yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması müəyyən edilib.

Eyni zamanda, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha operativ və səmərəli həllinin təmin edilməsi, məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Fərmanda mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlil edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi ilə bağlı ali və apelyasiya məhkəmələri, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tövsiyə və tapşırıqlar verilib”.

Nazir qeyd edib ki, yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılması məqsədilə yeni ixtisaslaşmış məhkəmələr – kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. Hazırda həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

F.Məmmədovun sözlərinə görə, yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur:

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq”.

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaq.

Mənbə: vergiler.az


E-qaimə dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır

posted in: Xəbər | 0

E-qaimə dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır

elektron qaimə-faktura E-qaimə2018-ci il yanvarın 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir. Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə müəyyən edilir.

Nazirliyin şərhi

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə şəffaflaşmasına şərait yaradıb: “Elektron qaimə-fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir.

Kassa aparatlarının tətbiqi məcburi olan iaşə, pərakəndə ticarət sahələrində istehlakçılara mallar, işlər, xidmətlər təqdim olunarkən qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir”.

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb:

“Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi. Bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.

İqtisadçı rəyi

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, qanunvericiliyə uyğun olaraq e-qaimə – faktura sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların və xidmətlərin alışı zamanı mütləq xarakter daşıyır. 2018-ci ildən etibarən müvafiq öhdəliyin yerinə yetirilməməsi sanksiya predmeti hesab edilir. Bu zaman tətbiq edilən sanksiyanın həcmi sahibkarın aldığı mal və xidmətlərin 40 faizinə qədər yüksələ bilir. Bu nə deməkdir? Tutaq ki, hər hansı bir sahibkar 10.000 manat məbləğində məhsul alışını həyata keçirib, e-qaimə-faktura tələb etməyib. Əgər bu hal artıq 3-cü dəfə baş verirsə, bu zaman subyektə 4.000 manat məbləğində sanksiya tətbiq edilir. Amma, təəsüfflə qeyd etmək lazımdır ki, hələ də iqtisadiyyatın mövcud infrastrukturu sahibkarların qanuni fəaliyyəti üçün ciddi problem yaradır.

E-qaimənin sahibkar üçün aşağıdakı müsbət tərəfləri var:

Birincisi, sahibkar qanunvericiliyin müvafiq tələblərinə uyğun fəaliyyət göstərərək xərcləmələri həyata keçirə bilir. Bilirsiniz ki, 2017-ci ildən etibarən fiziki şəxslər ayda 15 min manat, hüquqi şəxslər isə 30 min manat nağd əməliyyat apara bilər. Bank köçürmələri ilə isə yalnız qanuna uyğun əməliyyatlar həyata keçirilə bilir. Bu zaman sahibkar e-qaimə-faktura tələb etməklə öz fəaliyyətini rəsmiləşdirə bilir.

İkincisi, rəsmi xərcləmələrin həyata keçirilməsi sahibkarın real mənfəətinin üzə çıxarılmasına imkan yaradır. Nəticədə o, əslində sahibkarlıq xərci olan lakin sənədlər olmadığından bunun sübutu mümkün olmayan gəlir üçün əlavə vergi ödəmək məcburiyyətində qalmır.

Məsələnin digər tərəfi də var: məsələn, sahibkar əsas vəsaitlərin artırılması məqsədilə nəsə alırsa, bu zaman rəsmi sənədin olması bu xərclərin vergi öhdəliyi üzrə müvafiq güzəştlərdən istifadəsinə hüquqi imkan yaratmış olur.

Nəhayət, sahibkar qanuni fəaliyyət göstərməklə sanksiyalara məruz qalmır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
E-qaimə

E-kassadan istifadənin xüsusiyyətləri

posted in: Xəbər | 0

elektron kassalarE-kassa və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu e-kassa istifadəçisi olan hüquqi şəxslərə və fərdi sahibkarlara e-kassa operatorları tərəfindən imzalanmış müqavilə əsasında təqdim olunur və e-kassa operatorunun təqdim etdiyi müvafiq təlimatlar əsasında istismar olunur. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə cavab verən e-kassa operatorları barədə məlumatı portalın “E-kassa operatorları və e-kassaların stoku” alt-bölməsindən əldə etmək olar.

E-kassa istifadəçiləri olan hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan qurğuların qorunmasını təmin etməlidir.

E-kassalara texniki baxış və onların təmiri, müvafiq müqavilə imzalanmaqla, e-kassa operatorları tərəfindən həyata keçirilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar e-kassaları Vergilər Nazirliyinin informasiya sistemləri bazasına müvafiq məlumatlar daxil olunduqdan sonra istifadə sahəsinə uyğun şəkildə istismar etməlidirlər.

E-kassaların istifadəsi aşağıdakı hallarda mümkün deyil:

  • e-kassa dövlət reyestrinə daxil edilmiş modelə nisbətdə dəyişdirildikdə;
  • unikal identifikatora malik çeki çap etmək mümkün olmadıqda;
  • e-kassa yararsız hala düşdükdə; e-kassasının zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
  • e-kassasının zavod və ya seriya nömrəsi sertifikatda göstərilən nömrə ilə uyğun olmadıqda;
  • qanunvericilikdə nəzərdə tutulan müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
  • nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatlar aparıldıqda; nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
e-kassa

Audit departamentində təcrübə proqramı elan olunur

posted in: Xəbər | 0

PASHA Holding Qrup üzrə Audit departamentində tam iş günü təcrübə proqramı elan edir.

4 aylıq ödənişli proqram növbəli şəkildə hər şirkətdə bir ay müddətində olmaqla (PAŞA Holdinq və onun strateji aktivləri olan Kapital Bank, PAŞA Bank və sığorta şirkətlərindən birində, (PAŞA Sığorta və ya PAŞA Həyat Sığorta) təcrübə nəzərdə tutur. Təcrübə proqramının sonunda nümayiş etdikləri fəaliyyət göstəriciləri əsasında ən uğurlu 5 namizədə vurğulanan 5 şirkətdə daimi iş təklif olunacaq.

Təcrübə dövrü ərzində təcrübəçidən tələb olunanlar:

• Audit fəaliyyəti və audit işi üzrə təsəvvür formalaşdırmaq;
• Daxili nəzarət prosedurlarını aydın və dəqiq şəkildə sənədləşdirmək;
• Audit sənədlərini və audit məlumatlarını təhlil etmək;
• Potensial daxili nəzarət çatışmazlıqlarını aşkarlamaq və audit komandasını məlumatlandırmaq;
• Audit hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
• Tapşırılmış audit yoxlamalarının aparılmasında, eləcə də gündəlik audit işlərində audit komandasına dəstək olmaq.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Audit, Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi;
• Güclü yazı və şifahi ünsiyyət bacarığı;
• MS Office proqramları üzrə dərin biliklər – Excel, Word, Power Point.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV  / ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Audit üzrə təcrübəçi” qeyd olunmalıdır;
• CV-lər 19 avqust 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı YALNIZ qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı
error: Content is protected !!