E-kassa və onun tərkibi, nəzarət mexanizmi qurğusu

posted in: Xəbər | 0

E-kassa sistemi iki əsas elementdən ibarətdir: bilavasitə e-kassa aparatının özündən və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusundan. Hər bir e-kassa nəzarət mexanizmi qurğusu ilə vahid ritmdə işləməlidir.

E-kassa

E-kassa hüquqi şəxslərə və fərdi sahibkarlara, malların satışı və xidmətlərin təqdim edilməsi zamanı pul hesablaşmaları üzrə kassa əməliyyatlarının aparılması imkanını yaradır.

İstifadə edildiyi yerdən asılı olaraq e-kassaların funksionallığında müəyyən fərqliliklər ortaya çıxır. Məsələn, yanacaqdoldurma məntəqələrində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasını və satış çekinin formalaşdırılmasını neft məhsullarının, mayeləşdirilmiş karbohidrogen qazların çıxışı ilə eyni vaxtda həyata keçirməsini təmin etməlidir. Bununla yanaşı, istehlakçıya masa arxasında xidmət göstərilən və hesab verilən ictimai iaşə obyektlərində istifadə üçün nəzərdə tutulmuş e-kassalar məbləğin hesablanmasının və satış çekinin yaradılmasını sifarişin qəbulu və təqdim olunması ilə eyni anda həyata keçirməlidir.

E-kassa vergi ödəyicisi haqqında məlumatları sertifikatdan ötürülərək çekin üzərində çap olunmasını təmin etməlidir. Çekin formalaşdırılması üzrə əməliyyat yalnız unikal idendifikatorun (fiskal İD) uğurla alınmasından sonra bitmiş hesab edilməlidir.

Nəzarət mexanizmi qurğusu

Bununla yanaşı, e-kassa dəyişilməyən zavod və ya seriya nömrəsinə malik olmalı və istifadəçisinin identifikasiyasını, həmçinin e-kassanın işə düşməsi üçün nəzarət mexanizmi qurğularının PIN kodunun yığılması imkanını təmin etməlidir.

E-kassanın tərkibi hissəsi olan nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyində qeydiyyata alınmalı, vergi ödəyicisinin şəxsi məlumatlarını əhatə edən sertifikatla (Vergilər Nazirliyi tərəfindən verilmiş) təmin olunmalı, yalnız bundan sonra e-kassalarda istifadə edilməlidir. Nəzarət mexanizmi qurğusu 3 il müddətinə hər bir e-kassaya fərdi qaydada quraşdırılır və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni e-kassaya quraşdırıldırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir. Bununla yanaşı, nəzarət mexanizmi qurğusu Vergilər Nazirliyinin informasiya sistemləri bazası ilə bağlantı olmadığı təqdirdə 7 gün ərzində e-kassa vasitəsilə aparılan əməliyyatlar barədə məlumatların saxlanılmasını, həmçinin onların tamlığının və etibarlığının qorunmasını təmin edir. Qurğu, məlumatların kriptoqrafiya üsullarından istifadə etməklə formalaşdırılmasına, çeklərin sıra ardıcıllığının pozulmamasına və formalaşdırma tarixinə nəzarət edir.

E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilən PİN kodu istifadəçi daxil etdikdən sonra çap edilə bilər. Qurğu oflayn rejimdə qalması müddətini (7 gün) aşan tarixlə çekin formalaşdırması əməliyyatının aparılmasına icazə vermir.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: İstehsalat üzrə mühasib

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

aparıcı mühasib vakansiyaVakansiya: İstehsalat üzrə mühasib.

İşəgötürən: ATEF Şirkətlər Qrupu MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Vakansiya barədə məlumat:

– İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Mebel və İzolyasiya” Zavodu
– Tam sosial təminat (məzuniyyət və s.)
– 6 günlük iş həftəsi, saat 08:00-dan 17:00-dək
– Nahar fasiləsi: 12:00-dan 13:00-dək
– Nahar müəssisə tərəfindən təmin edilir
– Mebel və İzolyasiya sahəsində gündəlik plana əsasən istehsal olunan məhsulların hesabatının toplanması
– Hər bir istehsal olunan məhsulun istehsal tərkibini hazırlamaq, düzgünlüyünə cavabdehlik daşımaq
– Daxili və xarici satışları təşkil etmək
– Mərkəzi anbardan zavodun istehsal sahələrinə daxil olan materialların aylıq resseptura əsasında silgisinə nəzarət etmək
– İstehsal sahələrinin anbar qalıqlarının sistemlə faktiki mövcudluğunu təyin etmək
– Əlavə olaraq ehtiyac yarandıqda material anbardarını əvəz etmək

Namizədə tələblər:

– Ali təhsil
– İxtisas üzrə minimum 3 il iş təcrübəsi
– Kompüter bilikləri – Excell, Logo Tiger və MS office proqramları
– Dil bilikləri – Azərbaycan, Rus və İngilis dili
– Fikrini izah etmək qablilləti
– Ünsiyyət yaratmaq bacarığı
– İşə planlı yanaşması
– Fəal olması və komandada işləmək bacarığı

Müraciət üçün son tarix: 11 avqust 2019
Bu vəzifəyə müraciət etmək üçün cv-ni /  ünvanına göndərə bilərsiniz.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İstehsalat üzrə mühasib vakansiya

Fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar bir çox vergilərdən azaddır. Ancaq bəzi xidmət sahələrində fermerlərə göstərilən aqrotexniki yardımlar bu siyahıya daxil deyil. Məsələn, bitkiçilik məhsulunun gələcəkdə ona təhvil verilməsi şərtilə fermerlərə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə) həm maliyyə yardımı, həm də aqrotexniki xidmətlər (şum, əkin, malalama, səpin, dərmanlama və s.) göstərir. Bu halda fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır? (EDV)

Cavab: Vergilər Nazirliyi bu məsələ ilə bağlı şərh verib. Bildirilib ki, ƏDV-dən azad edilən əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunub. Sorğuda qeyd olunan aqrotexniki xidmətlər ƏDV-dən azad edilən əməliyyatlara aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi Əlavə Dəyər Vergisi məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardım ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Burada Əlavə Dəyər Vergisinin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Məcəllənin 159-cu maddəsində vergitutma obyektlərinin siyahısı verilib. Həmin maddənin 159.8-ci bəndinə əsasən, Əlavə Dəyər Vergisi ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları, habelə Əlavə Dəyər Vergisindən azad edilən və ya sıfır (0) dərəcə ilə Əlavə Dəyər Vergisinə cəlb edilən, lakin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ƏDV aqrotexniki xidmətlər EDV

ƏDV-dən azad edilən əməliyyatlar hansılardır?

posted in: Vergi, Xəbər | 0

ƏDVElə sahibkarlıq sahələri var ki, onların fəaliyyətini inkişaf etdirmək, stimullaşdırmaq məqsədilə bəzi əməliyyatlar, o cümlədən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, malların idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsində kifayət qədər güzəştlər, azadolmalar yer alıb.

Məcəllənin 164-cü maddəsinə əsasən,

  • kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı,
  • lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı,
  • damazlıq heyvanların idxalı və satışı,
  • toxum və tinglərin idxalı və satışı,
  • quş ətinin satışı,
  • mineral gübrələrin, pestisidlərin idxalı və satışı,
  • kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı,
  • toxumların yetişdirilməsi,
  • quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı,
  • bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı

 ƏDV-dən azaddır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Burada diqqət çəkilməli olan məqamlardan biri bəzi malların ancaq idxalının, bəzi mallarınsa həm idxalının, həm də satışının ƏDV-dən azad edilməsidir. Məsələn, toxum və tinglərin idxalı ƏDV-dən azad olduğu kimi, satışı da Əlavə Dəyər Vergisidən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.

Misal: 
Quş ətinin istehsalı ilə məşğul olan müəssisə öz istehsal fəaliyyətində istifadə etmək üçün ölkə xaricindən 10.000 manat dəyərində quşlarda xəstəliklərə qarşı istifadə edilən preparat idxal edir. Bu zaman həmin əməliyyat idxalda Əlavə Dəyər Vergisindən azaddır.

Vergi ödəyicisi həmin malın 5.000 manat dəyərində olan hissəsini ölkə daxilində təqdim etdikdə isə bu əməliyyat ƏDV-yə cəlb olunacaq və büdcəyə 900 manat Əlavə Dəyər Vergisi hesablanacaq.

Əlavə Dəyər Vergisindən azadolma və güzəştin malların ixracı ilə bağlı olan əməliyyatlara tətbiq edilməməsi nəzərə alınmalıdır. Tutaq ki, kütləvi informasiya vasitələri məhsullarının alğı-satqısı ilə məşğul olan vergi ödəyicisi 5.000 manat dəyərində qəzet və jurnalı ölkə xaricinə ixrac edir. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə uyğun olaraq həmin məhsulların satışı ƏDV-dən azad edilsə də, bu zaman əməliyyat Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, ƏDV-yə “0” dərəcəsi ilə cəlb olunacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.