900 manat məvaciblə Mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib vakansiyaVakansiya: Mühasib

Vəzifə öhdəlikləri

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

Namizədə tələblər

• Yaş: 25-45
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 6 gün;
• İş saatı: 09.00-dan 18.00 kimi, şənbə günü 09.00-dan 15.00 kimi
• Əmək Haqqı – 900 AZN

CV lər “Mühasib” qeyd olunmaqla / ünvanlarına göndərilsin.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya mühasib

MDSS və işsizlik sığortası üzrə rüblük hesabat formaları yeni redaksiyada təsdiq edilib

posted in: Xəbər | 0

dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər Nazirliyi MDSS və işsizlik sığortası üzrə rüblük hesabat formalarını yeni redaksiyada təsdiq edib.

Vergilər Nazirliyi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) və “İşsizlik sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formalarını, eləcə də həmin hesabat formalarının tərtib edilməsi qaydalarını yeni redaksiyada təsdiq edib. Bununla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Nazirliyin İqtisadi təhlil və uçota nəzarət departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin sözlərinə görə, dəyişikliklərin məqsədi vergi ödəyiciləri tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın daha da asanlaşdırılmasıdır. Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, eləcə də 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə eyni zamanda, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib. Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə edilib.

Nümunə üçün: “A” müəssisəsi büdcədən maliyyələşən təşkilatdır. Müəssisə tərəfindən işçilərinə əmək haqları büdcə vəsaitləri və eyni zamanda xüsusi vəsaitlər üzrə ödənilir. Bu halda “A” müəssisəsi iki fərqli hesabat əvəzinə bir hesabat təqdim edəcək. Əvvəlki qaydalara əsasən, “A” müəssisəsi məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0102 və 0103 kodları ilə hesabat təqdim etməli idi. Lakin yeni qaydalara əsasən 2019-cu ilin 3-cü rübündən hesabat məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0112 kodu ilə təqdim edilməlidir.

Dəyişiklikdə, həmçinin, vergi ödəyicisi tərəfindən ləğv edilməsi barədə müvafiq ərizə vergi orqanına təqdim olunduğu halda cari rüb başa çatmadan məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə “Ləğv olunma” ilə bağlı hesabatın da təqdim edilməsi imkanı yaradılıb.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hazırda Vergilər Nazirliyi müvafiq işlər həyata keçirir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işsizlik sığortası MDSS

Vergi və gömrük güzəştlərinin siyahısı təkmilləşdirilir

posted in: Vergi, Xəbər | 0

Maliyyə Maliyyə NazirliyiMaliyyə Nazirliyinin hazırladığı “Mərkəzləşdirilmiş elektron reyestr sistemi”ndə vergi və gömrük sahəsində güzəştlərin siyahısı tərtib ediləcək. Yeni sistemin yaradılması ilə bağlı Maliyyə Nazirliyi tender elan edib. Tenderin nəticəsi olaraq reyestr sisteminin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasında məsləhət xidmətlərinin göstərilməsinə təcrübəli şirkətlər cəlb ediləcək.

Nazirliyin müəyyən etdiyi tender şərtlərinə görə, burada aşağıda göstərilən “Dövlət satınalmaları haqqında” Qanunla müəyyənləşdirilmiş şərtlərə əməl edən bu iddiaçılar iştirak edə bilərlər:

  • maliyyə və İKT sahəsində təcrübəsi olan;
  • texniki tapşırıqların hazırlanmasında, proqram təminatları və sistemlər üzrə məsləhət xidmətlərinin göstərilməsində, maliyyə-iqtisadiyyat və İKT ilə bağlı təhlillərdə ən azı 3 illik təcrübəsi olan;
  • məsləhətçinin digər layihələrdə tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirildiyini göstərən sənədlərin təsdiqləndiyi tamamlanmış ən azı 5 uğurlu layihə-tapşırığına bənzər təcrübəsi olan;
  • komandada risk, vergi, maliyyə və İKT sahəsində geniş təcrübəyə malik üzvlər aidiyyəti sahələrdə qanunvericilik və normativlərlə tanış və layihə idarə edilməsində təcrübəsi olan.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi gömrük

Sahib Ələkbərov: “Bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir”

posted in: Xəbər | 0

Vergilər Nazirliyi DGKKənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir. Müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

Bunu Vergilər Nazirliyində kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı keçirilən seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb. İlkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

S. Ələkbərov onu da əlavə edib ki, Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirilir:

“Bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hesabatlılıq