Bəzi mallar idxal gömrük rüsumundan azad edildi

posted in: Xəbər | 0
birbank biznes

aksiz dərəcələri İşsiz təqaüd Vergi işçiləri əmək haqqıAzərbaycana gətirilən polistirol sopolimeri idxal gömrük rüsumundan azad edilib.(idxal gömrük rüsumu, mallar)

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, polistirolun sopolimerinin A-B-A blok-sopolimeri idxal gömrük rüsumundan azad edilib.

Qeyd edək ki, polistirol benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen alüminium xloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımı formaya salınır.

Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə, polistiroldan avtomobil, radotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur.


Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişiklik Azərbaycana idxal polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları ilə bağlıdır.

Qərara əsasən, polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları idxal gömrük rüsumundan azad edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
idxal gömrük rüsumu mallar
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir