Normadan artıq ezamiyyə xərci gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

Normadan artıq ezamiyyə xərci gəlirdən çıxılır?

aparıcı mühasib köməkçisi vakansiyaSual: İşçi 23-27 fevral tarixlərində Barselona şəhərində ezamiyyətdə olmuşdur. Gediş-gəliş üçün yerli turizm şirkətindən 1293 man məbləğində bilet almışdır. İşçi ezamiyyətdə olduğu müddət ərzində 298 Avro xərc çəkmişdir və bu xərclər işçiyə verilmiş müəssisənin cari hesabına bağlı kart vasitəsilə nağdsız qaydada ödənilmişdir və bu xərclərin sənədi yoxdur. İşçilərin Ezamiyyə Qaydalarına əsasən İspaniyada gündəlik ezamiyyət norması 200 Avro təşkil edir.

Bütün bu xərclər (1293 man + 298 Avro) müəssisənin vergitutulan gəlirindən çıxıla bilərmi?

Cavab: Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
normadan artıq ezamiyyə xərci gəlir

MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

posted in: Xəbər | 0

MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formalarına dəyişiklik edilib. Bununla bağlı Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq bildirişi göndərib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 2.1.1-ci, 2.1.2-ci yarımbəndlərinin və 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşmaqla “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formaları təsdiq edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklər ilə əlaqədar olaraq vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanılması və nəzarət funksiyaları 1 yanvar 2019-cu il tarixdən Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hal-hazırda Vergilər Nazirliyi tərəfindən müvafiq işlər aparılmaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə hesabat formaları yeni redaksiyada təsdiq edilmişdir.

Göstərilənləri nəzərə alaraq, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın vergi ödəyiciləri tərəfindən təqdim edilməsi və dövri olaraq statistik hesabatlarının alınmasının asanlaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta məqsədləri üçün bir sıra fəaliyyət növlərinin kodları birləşdirilmiş və ləğv bəyannamələrinin kağız formatda verilməsi imkanı yaradılmışdır.

Belə ki, məcburi dövlət sosial sığorta məqsədləri üçün 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər), 0102 (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə), 0103 (Büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitlər üzrə), 0110 (Seçkili orqanlar), 0111 (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) və 8111 (İşəgötürənlər-fiziki şəxsləri muzdlu işə cəlb edən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)-Digər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 0112 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növünün kodu 0900 (Torpaq mülkiyyətçiləri) olan hesabat formasının adı dəyişdirilərək “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər” kimi adlandırılmışdır.

Əlavə olaraq  bildirik ki, 8102 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə)) və 8103 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitləri üzrə) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 8105 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması yaradılmışdır.

İşsizlikdən sığorta üçün 1000 (İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər) və 1001 (İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 1100 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növü kodu 1200 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması əlavə edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 oktyabr 2019-cu il tarixdən qüvvəyə minəcəkdir.

Bununla əlaqədar, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat”ları və tərtib edilməsi qaydaları məktuba əlavə edilməklə Sizə göndərilir.

Hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), 195-1 Çağrı Mərkəzinə və Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 276, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə keçiriləcək növbəti görüşlərdə iştirak etməkdə maraqlı olduğunuz halda, bu barədə Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala və görüşlərə yazıla bilərsiniz. Görüşlərin qrafiki barədə ətraflı məlumat Vergilər Nazirliyinin rəsmi internet saytında (http://www.taxes.gov.az/modul.php?name=elaqe&file=gorush) yerləşdirilmişdir.      

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti

Hesabatların doldurulma qaydalarını əlavə edilmiş fayllardan yükləyə bilərsiz.

                                                                                                 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv 

26 yaşına kimi polyaklar gəlir vergisi ödəməkdən azad ediliblər

posted in: Vergi, Xəbər | 0

Polşa polyaklar gəlir vergisi gelir vergisi26 yaşına kimi polyaklar gəlir vergisi ödəməkdən azad ediliblər (gelir vergisi)

26 yaşına kimi şəxslər gəlir vergisi ödəməyəcəklər – hökumətin və Polşa Maliyyə nazirliyinin bəyannaməsində belə deyilir. Müvafiq layihəni Polşa nazirlər Kabineti qəbul edib. Bu haqda Polşa radiosunun xarici xidmətindən məlumat verilib.

Polşa maliyyə nazirinin müavini Petr Novak bəyan edib:

“Əgər biz 4765 zlotı (1120 avro) təşkil edən orta əmək haqqından danışırıqsa, onda pul kisəsində il ərzində təxminən 4600 zlotı (1080 avro) qalacaq. Belə demək olar ki, bu məbləğ on üçüncü əmək haqqıdan daha çoxdur. Bu nöqteyi-nəzərdən bu, ölkəmizdə inqilabi bir dəyişiklikdir”.

26 yaşına kimi insanlar üçün vergi güzəştləri mühafizəkar “Hüquq və ədalət” partiyasının lideri Yaroslav Kaçinskinin siyasi proqramının bölümlərindən biri idi.  Onun digər başlıca vədləri arasında – ailələrə yardım proqramının genişləndirilməsi, pensiyaçılara on üçüncü əmək haqqının verilməsi və yerli avtobus marşrutlarının açılması kimi vədlər də yer alıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi gelir vergisi polyaklar

Bu məhsul üçün gömrük rüsumu müəyyən edilib

posted in: Xəbər | 0

Azərbaycana idxal edilən sənayedə tətbiq üçün heyvan yağlarına 5% gömrük rüsumu müəyyən edilib.

gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıNazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Qərara əsasən, qidada istifadə olunan məhsulların istehsalından başqa, sənayedə tətbiqi üçün heyvan yağına gömrük dəyərinin 5%-i həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, indiyə qədər sənayedə tətbiqi üçün emulsiya halına gətirilməmiş və ya qarışıq olmayan, yaxud hər hansı başqa üsulla hazırlanmamış lyard-stearin və oleostearin yağlarına 5% idxal gömrük rüsumu, digərləri üçün 15% idxal gömrük rüsumu tətbiq olunub.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun