Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək
Vergilər nazirinin müavini Qax rayonunda vətəndaşları qəbul edəcək
You can display the Full post on your Blog Page
Vergilər nazirinin müavini Qax rayonunda vətəndaşları qəbul edəcək
Qax, Zaqatala və Balakən rayonları sakinlərinin nəzərinə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
O, öz ərizəsi əsasında işdən çıxarılıb.
E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.
ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Mənbə: report.az
Vakansiya: Baş mühasib
İşəgötürən: FJ Group
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə günləri 09:00-dan 18:00-dək
– Bazar günü – istirahət günü
– Nahar fasiləsi 13:00-dan 14:00-dək
– Tikinti sahədə təcrübə vacibdir!
– Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək
– DSMF, Statistika və digər hesabatları tərtib etmək
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu
– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– Gündəlik əməliyyatları yerinə yetirmək
Xahiş olunur şəxslər cv-lərinizi foto ilə birlikdə, / elektron poçt ünvanına göndərin və mövzu qismində “Baş Mühasib” qeyd edin.
Mənbə: boss.az
Normadan artıq ezamiyyə xərci gəlirdən çıxılır?
Sual: İşçi 23-27 fevral tarixlərində Barselona şəhərində ezamiyyətdə olmuşdur. Gediş-gəliş üçün yerli turizm şirkətindən 1293 man məbləğində bilet almışdır. İşçi ezamiyyətdə olduğu müddət ərzində 298 Avro xərc çəkmişdir və bu xərclər işçiyə verilmiş müəssisənin cari hesabına bağlı kart vasitəsilə nağdsız qaydada ödənilmişdir və bu xərclərin sənədi yoxdur. İşçilərin Ezamiyyə Qaydalarına əsasən İspaniyada gündəlik ezamiyyət norması 200 Avro təşkil edir.
Bütün bu xərclər (1293 man + 298 Avro) müəssisənin vergitutulan gəlirindən çıxıla bilərmi?
Cavab: Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.
Mənbə: taxes.gov.az