Təsis paylarının alınmasına görə edilən ödənişlər vergiyə cəlb olunurmu?
Güzəştli vergi tutulan ölkədə təsis edilmiş hüquqi şəxs Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxsdəki iştirak paylarını (səhmlərini) vergi orqanında uçotda olmayan rezident fiziki şəxsə təqdim edir.
Bu halda güzəştli vergi tutulan ölkəyə təsis paylarının alınmasına görə edilən ödənişlər vergiyə cəlb olunurmu? Vergiyə cəlb edildiyi halda, vergi öhdəlikləri kim tərəfindən və hansı formada yerinə yetirilir?
Vergilər Nazirliyinin Vergi siyasəti departamentindən bu sualın şərhi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxs rezident hüquqi şəxsdəki iştirak payını təqdim edərkən vergi öhdəlikləri qeyri-rezident hüquqi şəxsin özü tərəfindən Azərbaycan Respublikasının vergi orqanlarında uçota alınır və ya Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinə uyğun olaraq qeyri-rezident hüquqi şəxsin təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.
Bundan əlavə, bu əməliyyat üzrə vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə təsis edilmiş hüquqi şəxsə aparılan ödəniş üzrə Vergi Məcəlləsinin 125.1.9-cu maddəsi ilə nəzərdə tutulmuş vergitutma obyekti yaranmır. Rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab edilir (VM, maddə13.2.16.6). Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir (VM, maddə 17.1).
Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur (VM, maddə 104.4). Vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxsin və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur (VM, maddə 149.1.3-cü və 149.1.3-1).
Mənbə: vergiler.az
Bu yazıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bəzi təcrübi əhəmiyyəti olan qərarlarından bəhs edəcəyik. Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Məhkəmə sistemində yuxarı instansiya kimi çıxış etmir. Daha dəqiq desək, heç də bütün işlərdə Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün deyil. Sadəcə olaraq Azərbaycan Respublikası Konstitusiyasında göstərilmiş normaların pozulması ilə qəbul edilmiş qərarlardan şikayət etmək mümkündür.
Vakansiya: Mühasib köməkçisi
Azərbaycanda daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imzadan (e-imza) istifadə üzrə tarif təsdiqlənib.