Rüşvət tələb edən gömrük əməkdaşı işdən azad edilib

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi rüsum DGKDGK tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa edilib.

Komitədən verilən məlumata görə, DGK Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

“O da məlum olub ki, Namiq Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. DGK sədrinin müvafiq əmri ilə N. Əsədov tutduğu vəzifədən azad edilib”, – deyə məlumatda bildirilir.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Mənbə: report.az

gömrük

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

ABŞ vergi sistemiABŞ vergi sistemi barədə bilmədiklərimiz


Ştatların başlıca gəlir mənbələrindən birini satışdan əldə edilən vergilər təşkil edir ki, onlar da bunu şəhərlər arasında paylaşdırırlar. Həmin vergilər istehlakçılar tərəfindən məhsullar satın alınarkən və xidmətlər göstərilərkən, ödənilir. Sözügedən vergi növünə istehlak mallarının əksəriyyəti, o cümlədən tibb məhsulları cəlb olunur.  Ümumi satış vergisi həm malların dövriyyəsinin hər bir mərhələsində, həm də əhaliyə göstərilən xidmətlərin dövriyyəsi zamanı satışdan əldə olunan ümumi gəlirlərə tətbiq edilir. Yerli satış vergisi ştatların satış vergisinə əlavədir. Bu vergilərdən əldə edilən gəlirlər ştatda toplanır və sonra hansı ərazidə toplanılıbsa, həmin yerin yerli özünüidarəetmə orqanına qaytarılır.Bundan əlavə, yerli hakimiyyət orqanları dövlət qanunlarına əsasən müxtəlif satış növləri üzrə öz vergilərini tətbiq etmək hüququna malikdirlər.Belə vəziyyətdə yerli vergi dərəcələri ştat vergilərindən aşağı olur və 2% -dən çox təşkil etmir.

Vergilərin həcmi ştatlardan asılı olaraq dəyişir: Mülkiyyətə görə vergilər həm ştatlar, həm də yerli səviyyədə ödənilir. Gəlirlə işləməyən və kommersiya məqsədləri llə istifadə olunmayan təşkilatlar istisna olmaqla, daşınmaz əmlak və təsərrüfat avadanlıqları başlıca olaraq vergiyə cəlb olunurlar. Eləcə də federal hökumət, ştat hökumətləri və yerli hakimiyyət orqanları da vergiyə cəlb olunmurlar. Ştat səviyyəsində vergi göstəriciləri: şirkətlərin sərmayəsi 0,75%, hüquqi və fiziki şəxslərin mülkiyyəti isə 0,5%-dən 5%-dək vergiyə cəlb olunur.

Yerli əmlak vergisi qanunvericiliklə dəqiq müəyyən edilmiş əmlaka malik fiziki və hüquqi şəxslərdən tutulur. Vergi obyekti kimi çıxış edirlər:daşınmaz əmlak (torpaqlar, daşınmaz əmlak obyektləri), şəxsi mülk (maşın, avadanlıqlar, qiymətli zinət əşyaları, istiqrazlar, pul vəsaitləri).

Əmlakın təxmin edilən dəyəri vergi bazası kimi xidmət edir. Ştatlar üzrə vergi göstəricisinin orta səviyyəsi 2% təşkil edir. Əmlakın qiymətləndirilməsi, vergi orqanının əməkdaşları olan vergi qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

Vərəsəlikdən və bağışlama yolu ilə keçən əmlaka görə vergilər fiziki şəxslər tərəfindən əmlakın dəyərinə və qohumluqla yaxınlıq dərəcəsinə (ümumi olaraq17 şkala üzrə) görə 18% -dən 55% qədər ödənilir.

Vərəsəlilk, vergi yığımına cəlb olunan obyektlərə görə ABŞ vətəndaşları və rezidentlər üçün harda yerləşməsindən asılı olaraq, özündə mülkiyyətin bütün növlərini əhatə edir. Qeyri-rezidentlər isə vərəsəlik yolu ilə keçən və yalnız ABŞ ərazisində olan əmlaklara görə vergi ödəyirlər.

ABŞ-ın federal vergi xidməti əmlak və bağışlama yolu ilə vergiyə cəlbolunmanı həyata keçirmək məsələləri ilə məşğul olan işçilər arasında ciddi kadr dəyişiklikləri həyata keçirməyi planlaşdırır. Hazırda tənha insanlara məxsus olan və qiyməti 2 milyon dollardan çox olmayan və evli cütlüklərə məxsus  və dəyəri 4 milyondan çox olmayan əmlaka görə vergi norması 46%-dən çox ola bilməz.

Vergi öhdəliklərinin aşağı salınması sxemləri. ABŞ-ın vergi hüququ vergi sxemlərinin iki başlıca növünü fərqləndirir, hansı ki, onların realizə olunması eyni nəticəyə (vergi öhdəliklərinin aşağı salınması) gətirib çıxarır. Lakin bu qanunla ziddiyyət kimi qiymətləndirilir. Bu sxemin birinci növü saxta sövdələşmələrin həyata keçirilməsi ilə əlaqəlidir. Yəni, reallıqda heç vaxt həyata keçirilməyən, amma sənədləşdirilən əməliyyatlar hesabına vergi üstünlüyü əldə etməyə cəhdlər olunur. Vergi ödəyicilərinin belə fəaliyyəti qanunsuzdur, həmin əməliyyatlar zamanı əldə edilən vergi güzəştləri məhkəmələr tərəfindən ləğv edilir.

“Vergi sığınacağı” adını alan ikinci növ sxem isə ABŞ-da leqallaşdırılıb. Dövlət vergi ödəyicisinin vergi yükünü azaltmaq üçün təsərrüfat fəaliyyəti ilə bağlı əməliyyatları planlaşdırmaq hüququnu tanıyır. Bu zaman vergiödəyicilərinə vergiyə cəlb olunan gəlirlərin ən aşağı həcmində ödəmələrinə təminat verilir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, ABŞ-da vergi minimizasiyası mütləq şəkildə sərbəst bir məsələ deyil.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ABŞ vergi sistemi

Xırda istehsal fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın vergi öhdəliyi

posted in: Xəbər | 0

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma İstehsalXırda istehsal fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın vergi öhdəliyi.

Sual: Fərdi sahibkar xırda istehsal fəaliyyəti ilə məşğuldur və 3 nəfər işçisi var. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi kimi 2 faiz dərəcə ilə vergi ödəyə bilərmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlara əsasən, işçi sayı 3 nəfər olan istehsal fəaliyyətini həyata keçirən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Əsas: Vergi Məcəlləsi, 218.5.8-ci maddə

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xırda istehsal vergi öhdəliyi

Vakansiya: Auditor tələb olunur

posted in: Audit, Vakansiya, Xəbər | 0

təcrübə proqramıVakansiya: Auditor / İşəgötürən: Gilan Holding

Kateqoriya: Kənd təsərrüfatı

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər: Səviyyə

Azərbaycan – Ana dili

İngilis – Orta səviyyədən yuxarı

Öhdəliklər:

  • Risklərin effektiv idarə edilməsi, maliyyə etibarlılığına və tətbiq olunan bütün direktiv və müddəalara riayət olunmasına nəzarət də daxil olmaqla, tam audit fəaliyyətini həyata keçirmək və ona nəzarət etmək;
  • Daxili auditin əhatə dairəsini müəyyən etmək və illik planları hazırlamaq;
  • Mühasibat sənədlərini əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
  • Auditin nəticələrini və sənədləşmə prosesini əks etdirən hesabatları hazırlamaq və təqdim etmək;
  • Etibarlılığı, leqallığı və məqsədə nail olunmasını təmin etmək üçün obyektiv məsləhət mənbəyi kimi çıxış etmək;
  • Boşluqları aşkar etmək və risklərin qarşısının alınması və vəsaitlərə qənaət üzrə tədbirləri tövsiyə etmək;
  • Rəhbərlik və Audit Komitəsi ilə açıq kommunikasiya saxlamaq;
  • Audit prosesini sənədləşdirmək və auditin nəticələri haqqında memorandum hazırlamaq;
  • Sektorun qaydaları, müddəaları, qabaqcıl təcrübəsi, mexanizmləri, metodları və iş standartları haqqında biliklərin davamlı inkişafında iştirak etmək.

Müraciət etmək üçün keçid: https://careers.gilanholding.com/v/5027#

Elanın bitmə tarixi: 04-08-2019

Mənbə: gilanholding.com

Vakansiya: Auditor / İşəgötürən: Gilan Holding

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun