Vakansiya: Mühasib-xəzinədar tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya maliyyəçiMühasib-xəzinədar vəzifəsi üzrə vakansiya elan olunur.

İşəgötürən: AGA Group

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” Məhdud Məsuliyyətli Cəmiyyəti) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri: Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və  Mühasib-xəzinədar vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə  istəyirik :

– Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar
– Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar
– Müştəri hesablaşmaları üzrə əməliyyatlar
– Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması

İş şəraiti:

– Əmək haqqı: 500-800;
– İş qrafiki: Bazar ertəsi – cümə saat 08:45-18:15; Şənbə – qısaldılmış iş günü saat 09:00-13:00;
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Əgər Siz:

Yaş həddi : 25 +
Ali iqtisadi təhsil
Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəyə malik olmaq
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq
MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilmək kimi

Keyfiyyətlərinə sahibsinizsə…

Biz sizin müraciətinizi gözləyirik !

Vakansiya üçün müraciət qaydası :

Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Mühasib-xəzinədar” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın  sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət  etməlidirlər.

Mənbə: agagroup.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin hesablanması və əvəzləşdirilmə mexanizmi

posted in: Vergi, Xəbər | 0

amortizasiya əsas vəsaitlər ƏDVVergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalarına və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Mövzu ilə bağlı yaranan suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi tutulan dövriyyədən əlavə dəyər vergisinin hansı qaydada hesablanıldığını müəyyənləşdirməkdir. Bunun üçün birinci növbədə verginin əvəzləşdirilməsi mexanizmini nəzərə almaq lazımdır. Çünki bu maddəyə əsasən büdcəyə ödəniləcək ƏDV-ni hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV-nin məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. ƏDV məhsulun qiymətinə əlavədir.

Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Yəni ƏDV məhsulu təqdim edən vergi ödəyicisi tərəfindən yox, məhsulu alan son istehlakçı tərəfindən ödənilmiş olur.

Misal 1: ƏDV-nin tutulması prosesində verginin əvəzləşdirilməsi mexanizmini daha aydın başa düşmək üçün aşağıdakı cədvəli misal vasitəsi ilə izah edək. Sadəlik üçün, fərz edək ki, ƏDV-nin dərəcəsi 10 faizdir.

Malın hərəkət mərhələləri

Malın alındığı qiymət

satıldığı qiymət

ƏDV-nin
hesablanmış
məbləği
ƏDV-nin
əvəzləşdirilmiş məbləği
Büdcəyə
ödənilməli
ƏDV
İlkin istehsalçı 100 10 10
Emal sənayesi 110 200 20 10 10
Topdan satıcı 220 300 30 20 10
Pərakəndə satıcı 330 400 40 30 10
Alıcı (son istehlakçı) 440

 

Cədvəldən göründüyü kimi, ilkin istehsalçı 100 manatlıq məhsul istehsal edib. Onun üzərinə 10 manat (100 x 10% = 10) ƏDV əlavə edərək, həmin məhsulu 110 manata emal sənayesinə təqdim edib. Bu zaman heç bir əvəzləşdirmə olmadığından ilkin istehsalçı büdcəyə 10 manat ƏDV ödəməlidir. Lakin bir məsələyə diqqət etmək lazımdır ki, 10 manat ƏDV məbləğini ilkin istehsalçı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 110 manata (100 manat + 10 manat ƏDV) təqdim etdiyindən, faktiki olaraq büdcəyə ödədiyi 10 manat ƏDV məbləğini istehlakçıdan alır. Misalın davamında: cədvəldən göründüyü kimi, emal sənayesi aldığı 110 manatlıq malı (100 manat + 10 manat ƏDV)) topdan satıcıya 220 manata (200 manat + 20 manat ƏDV) təqdim edib.

Bu zaman 20 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 10 manat ƏDV-ni əvəzləşdirdiyi üçün emal sənayesi büdcəyə 10 manat (20 manat – 10 manat) ƏDV ödəməlidir. Misalın davamında: topdan satıcı aldığı 220 manatlıq malı pərakəndə satıcıya 330 manata (300 manat + 30 manat ƏDV)) təqdim edib. Bu zaman 30 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 20 manat ƏDV-ni əvəzləşdirdiyi üçün topdan satıcı büdcəyə 10 manat (30 manat – 20 manat) ƏDV ödəməlidir. Misalın davamında: pərakəndə satıcı aldığı 330 manatlıq malı 440 manata (400 manat + 40 manat ƏDV)) son istehlakçıya təqdim edib. Bu zaman 40 manat ƏDV əmələ gəlir, amma məhsulu alanda ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün pərakəndə satıcı büdcəyə 10 manat (40 manat – 30 manat) ƏDV ödəməlidir.


Mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, muzdlu işdən tutulan
gəlir vergisi işçilərə ödənilən əməkhaqqının həcminin azalmasına səbəb olursa,
ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki vergi ödəyicisi tərəfindən
ödənilən ƏDV təqdim olunan məhsulun üzərinə əlavə edildiyi üçün
həmin məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir

Misalımızdan göründüyü kimi, sonda 10 manat ƏDV məbləğini pərakəndə satıcı büdcəyə ödəsə də, həmin məhsulu istehlakçıya 440 manata (400 manat + 40 manat ƏDV) təqdim edib və məhsulu alarkən ödədiyi 30 manat ƏDV-ni əvəzləşdirdiyi üçün büdcəyə ödəməli olduğu 10 manat (40 manat – 30 manat) ƏDV məbləğini məhsulun dəyərinə əlavə etdiyindən, həmin məbləği pərakəndə satıcı istehlakçıdan almış olur.

Ümumiyyətlə, bütün mərhələlərdə hər bir satıcı satış anında alıcıdan ƏDV-ni alır və təqdim edəcəyi mala görə ödəyəcəyi ƏDV-dən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə ödəyir. Nəticədə büdcəyə ödənilən ƏDV məbləği də malın dəyərinə əlavə olunaraq təqdim edildiyindən, ƏDV son istehlakçı tərəfindən ödənilmiş olur.

Misal 2: Tutaq ki, ƏDV ödəyicisi olan müəssisə elektron vergi hesab-fakturası əsasında 118.000 manat dəyərində (o cümlədən 100.000 manat malın dəyəri, 18.000 manat ƏDV məbləği) xammal almışdır. Malın dəyəri müəssisə tərəfindən satıcı təşkilatın bank hesabına nağdsız qaydada, ƏDV isə depozit hesabına ödənilmişdir. Alınmış xammaldan istehsal edilmiş mal elektron vergi hesab-fakturası əsasında 177.000 manata (o cümlədən 150.000 manat malın dəyəri, 27.000 manat ƏDV məbləği) təqdim edilmişdır.

Beləliklə, vergi tutulan dövriyyədən hesablanan verginin məbləği 27.000 manat, (150.000 x 18% = 27.000) əvəzləşdirilməli olan verginin məbləği 18.000 manat (100.000 x 18% = 18.000), ƏDV üzrə büdcəyə ödənilməli olan fərq məbləği isə 9.000 manat (27.000 – 18.000 = 9.000) manat təşkil edəcəkdir.

Misaldan göründüyü kimi, ƏDV üzrə büdcəyə ödənilməli olan 9.000 manat xammalın dəyərinə əlavə edildiyindən, həmin məbləğ müəssisə tərəfindən ödənilsə də, faktiki olaraq, istehlakçıdan alınmışdır.

Mənbə: vergiler.az

edv


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi

posted in: Vergi, Xəbər | 0

seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Yeni nəsil nəzarət-kassa NKAAzərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi barədə məlumat.

Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır.

Görülmüş işlər nəticəsində yeni nəsil nəzarət-kassa aparatları şəbəkə sistemli marketlərdə də quraşdırılmaqdadır. Hazırda Bakı şəhərinin iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq.

“Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin birinci mərhələsində
– “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market”
mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Vergilər Nazirliyi bildirir ki, yeni NKA-ların tətbiqi nəzərdə tutulmuş qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcəkdir. Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Əlavə olaraq bildirmək istərdik ki, yeni NKA dair daha ətraflı məlumatı bu günlərdə istifadəyə verilmiş https://e-kassa.gov.az internet səhifəsindən əldə etmək olar.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək şəraitinin təmin edilməsinə nə daxildir?

posted in: Xəbər | 0

Əmək şəraitinin təmin edilməsiSual: İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən qanunvericilikdə nəzərdə tutulan əmək şəraitini təmin etməlidir. Bu əmək şəraitinə peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyənləşdirilməsi, həmçinin əməyə görə haqqın miqdarının müəyyən edilərək ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunması daxildir.

Əmək şəraitinin təmin olunması həmçinin:

  • sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması,
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi,
  • əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi,
  • istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması,
  • işçilərin məcburi dövlət sosial sığorta edilməsi,
  • əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması,
  • insanın immun çatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin yaradılması. (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.)
  • əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan digər şərtləri nəzərdə tutur.

Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Məcəllənin 55-ci maddəsinə əsasən isə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl işçini xəbərdar etməyə borcludur. Belə ki, Əmək Məcəlləsinin 56-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada xitam verilə bilər. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

Mənbə: mlspp.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun