Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.
You can display the Full post on your Blog Page
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.
Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.
2019-cu ilin yanvar-may aylarında sosial daxilolmalar barədə məlumat.
Sahibkarlıq subyektlərinin fiskal öhdəliklərinin yerinə yetirilməsinin asanlaşdırılması, vergi və sosial öhdəliklərin həyata keçirilməsi və hesabatlılığın vahid qurum tərəfindən aparılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib.
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsinə stimulların yaradılması məqsədilə vergi və sosial qanunvericiliklərə mühüm dəyişikliklər edilib. Vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri və azadolmalar təqdim edilib.
Aparılan işlərin nəticəsi olaraq, cari ilin ötən dövründə ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda əhəmiyyətli artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2019-ci ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3% və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14,0% və ya 77,0 min nəfər artıb. Bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11.000-ə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir. Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39,0 milyon manat təşkil edib, proqnozlar 116,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8% artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6% icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7%-dən 74,2%-ə yüksəlib.
E-qaimə faktura: malların alğı-satqısı necə sənədləşdirilir?

Bu, hər şeydən əvvəl, həm istehsalçı müəssisələrin, həm də topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarların maraqlarına uyğundur. Çünki e-qaimə faktura istehsalçıların məhsullarını satan ticarət obyektləri arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə, operativliyin təmin olunmasına, inzibatçılıq xərclərinin azaldılmasına xidmət edir. Malların alğı-satqısının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi həm də sahibkarların öz xərclərini təsdiq edən sənədlərə malik olması deməkdir. Bu isə vergi orqanları ilə yarana biləcək fikir ayrılıqlarının qarşısının bəri başdan alınması, şəffaflığın təmin olunması deməkdir.
Bəs istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərində malların alğı-satqısının rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur? Vergi Məcəlləsinin 130-cu maddəsi gəlirin və xərcin uçotunun aparılması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 130.1.1 maddəsində deyilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müəyyənləşdirilmiş qaydalara əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı kimi sənədləşdirilir:
Mənbə: vergiler.az
Yeni qeydiyyatdan keçmiş (uçota alınmış), habelə fəaliyyəti bərpa olunmuş, vergilər üzrə tədiyyə növlərində dəyişiklik baş vermiş vergi ödəyiciləri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində keçirilmiş görüşlərdə iştirakçılara vergitutma məqsədləri üçün uçotun aparılması, mükəlləfiyyətlər üzrə bəyannamələrin təqdim olunması, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə məlumat verilib, “Nağdsız hesablaşmalar haqqında” Qanunun və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələbləri izah olunub.
Görüşlərdə əvvəlki hesabat dövrləri ərzində müvafiq bəyannamələri təqdim etməmiş, gecikmə ilə və ya eyni uyğunsuzluqları yenidən təkrarlamaqla təqdim etmiş ödəyicilər də iştirak ediblər. Onlara bəyannamələrin təqdim olunması və vergilərin vaxtında hesablanması üzrə vergi ödəyicilərinin vəzifələri və bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə, vergi ödəyicilərinə tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumat verilib. İnteraktiv şəkildə keçən tədbirlər zamanı müvafiq strukturların vəzifəli şəxsləri sualları cavablandırıblar.
Mənbə: vergiler.az