Vergi ödəyiciləri ilə görüşlər keçirilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergi ödəyiciləriYeni qeydiyyatdan keçmiş (uçota alınmış), habelə fəaliyyəti bərpa olunmuş, vergilər üzrə tədiyyə növlərində dəyişiklik baş vermiş vergi ödəyiciləri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində keçirilmiş görüşlərdə iştirakçılara vergitutma məqsədləri üçün uçotun aparılması, mükəlləfiyyətlər üzrə bəyannamələrin təqdim olunması, vergi öhdəlikləri və onların qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi barədə məlumat verilib, “Nağdsız hesablaşmalar haqqında” Qanunun və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələbləri izah olunub.

Görüşlərdə əvvəlki hesabat dövrləri ərzində müvafiq bəyannamələri təqdim etməmiş, gecikmə ilə və ya eyni uyğunsuzluqları yenidən təkrarlamaqla təqdim etmiş ödəyicilər də iştirak ediblər. Onlara bəyannamələrin təqdim olunması və vergilərin vaxtında hesablanması üzrə vergi ödəyicilərinin vəzifələri və bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə, vergi ödəyicilərinə tətbiq edilən məsuliyyət tədbirləri barədə məlumat verilib. İnteraktiv şəkildə keçən tədbirlər zamanı müvafiq strukturların vəzifəli şəxsləri sualları cavablandırıblar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email