Bələdiyyə orqanlarına ödənilməli olan vergi və ödənişlər hansılardır?

posted in: Vergi, Xəbər | 0

Bələdiyyə orqanlarına ödənilməli olan vergi və ödənişlər hansılardır?

torpaq vergisi Bələdiyyə vergi bələdiyyə orqanları“Vətəndaşlar bələdiyyə qarşısındakı vergi öhdəliklərinə çox laqeyd yanaşırlar. Xüsusilə kənd yerlərində bələdiyyələrin bir çoxu əmlak və torpaq vergisini ödəməkdən boyun qaçırırlar. Ona görə də bələdiyyəyə vergi ödənişləri məcburi qaydada həyata keçirilməlidir və bunun üçün müvafiq icra hakimiyyəti orqanları yerli özünüidarə orqanlarına dəstək verməlidir”.

Milli Məclisin deputatı Tahir Rzayev “Bələdiyyələrin statusu haqqında” Qanuna təklif olunan dəyişiklikləri şərh edərkən belə deyib. Qeyd edib ki, həmin dəyişikliklərdə icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinin təşkilinə dəstək verməsi, vergi və ödənişlərin toplanması sahəsində metodoloji yardım göstərməsi təklif olunur: “Bütün sahələrdə vergi və ödənişlərin vaxtında yığılması üçün müəyyən təsir mexanizmlərindən istifadə edilir.

Məsələn, təbii qaz, elektrik energisindən istifadəyə görə borc yarandıqda abunəçilərin qaz və energi təchizatı dayandırılır, Vergilər Nazirliyi vergi öhdəliklərini yerinə yetirməyən şəxslərə qarşı sanksiyalar tətbiq edir. Amma bələdiyyələrin vergisini ödəməyənlərə belə bir təsir mexanizmi yoxdur. Bələdiyyələr müəyyən ödənişləri etməyənə, yaxud torpaqdan qanunsuz istifadə edənlərə qarşı hər hansı sanksiya tətbiq edə bilmir. Ona görə də bələdiyyələrə ödənilməli olan vergi və ödənişlərin vaxtlı-vaxtında toplanması üçün yerli özünüidarə orqanlarına yeni səlahiyyətlər verilməlidir. Bununla bağlı müxtəlif təkliflər irəli sürülüb, icra hakimiyyəti orqanlarının bələdiyyələrə kömək göstərməsi də bu təkliflərdən biridir”.

Millət vəkili deyib ki, yerli vergi və ödənişlərlə bağlı sistemin qaydasında olması üçün bələdiyyələrin işi effektli təşkil edilməlidir: “Əvvəllər bu vergi nağd formada yığılırdı. Sonradan nağdsız ödəniş sisteminin tətbiqi ilə əlaqədar biz də nağd ödənişlərdən imtina etdik və hazırda əhali bələdiyyələrə vergiləri poçt vasitəsilə ödəyir. Amma ödənişlərin tam və vaxtlı-vaxtında yığılması üçün daha təsirli mexanizmlər işə salınmalı və icra hakimiyyəti orqanları bu işdə bələdiyyələrə dəstək verməlidir. Bələdiyyə öz fəaliyyətini elə qurmalıdır ki, vətəndaşlarla qarşılıqlı münasibətlər yaransın. Bu zaman vergilərin tam və vaxtlı-vaxtında ödənilməsi həyata keçirilə bilər”.

T.Rzayev bu sahə ilə bağlı maarifləndirmə tədbirlərinə böyük ehtiyac olduğunu bildirib: “Verginin əhəmiyyətini, vaxtında ödəniş etməyin üstün tərəflərini vətəndaşlara izah etmək lazımdır. Bu vergilər, əslində, böyük məbləğ deyil. Amma vətəndaş özü anlamalıdır ki, bələdiyyə vergilərini vaxtında ödəsə, yaşadığı ərazidəki yerli əhəmiyyətli sosial problemlər də vaxtında həllini tapar”.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, bələdiyyə orqanlarına ödənilməli olan vergi və ödənişlər aşağıdakılardır:

  • fiziki şəxslərin torpaq vergisi;
  • fiziki şəxslərin əmlak vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
  • bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş;
  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Abacus Audit &Consulting

  • Şəhər: Bakı
  • Yaş: 21 – 40 yaş
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Zemfira Zeynalova
Vakansiya barədə məlumat
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 14:00-dək (tələb olunduqda)
Namizədə tələblər

– AR Əmək məcəlləsinin və Vergi Məcəlləsinin biliklərinə sahib olmaq
– Azərbaycan dilini mükəmməl, Rus dilini orta səviyyədə bilmək ,İngilis dilini (arzu olunan)
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək ,Excel,1 C-8.3 bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Orta ali savad (iqtisadiyyat sahəsi üzrə)

Tələblərə uyğun olmayan və mail-da “Mühasib” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Mənbə: boss.az

Telegram qrupumuza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənfəət vergisindən azadolma hüququ

posted in: Vergi, Xəbər | 0
Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma mənfəət azadolma“Startap” şəhadətnaməsi əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə mənfəət vergisindən azadolma hüququna malikdirmi?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət “Startap” şəhadətnaməsi aldıqları tarixdən 3 il müddətinə mənfəət vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsi, 106.1.23-cü maddə
Mənbə: vergiler.az

Telegram qrupumuza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnsan Resursları üzrə Təcrübəçi tələb olunur

İnsan Resursları TəcrübəçiVakansiya: İnsan Resursları üzrə Təcrübəçi

Şirkət: Mazarina Trade Company


Tələblər
• Ali təhsil ;
• Yaş: 21-25;
• Yaxşı ünsiyyətqurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• İş şəraiti:
• İş vaxtı: 09:00 –dan-18:00 dək;
• İstirahət günləri: Şənbə və Bazar;
• Əmək Müqavlisənin müddəti : 3 ay;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər.
• Qeyd:
– MBA(İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir
Müraciət etmək istəyən namizədlər CV-lərini   / mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə  bilərsiniz
Ünvan
Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8
Yaxınlıqda yerləşən obyektlər:
-Rich Hotel ,Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.
Mənbə: jobsearch.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.